» » Azərbaycanda təhsil sistemində korrupsiya-faktı aşkar edilib

Azərbaycanda təhsil sistemində korrupsiya-faktı aşkar edilib

Bölmə: BLOK XƏBƏR, MANŞET
Azərbaycanda təhsil sistemində korrupsiya-faktı aşkar edilib
Azərbaycanda təhsil sistemində korrupsiya faktı aşkar edilib.

Xalqinfo.az xeber verir kiBaş Prokurorluğun mətbuat xidmətindən ans press-ə verilən məlumata görə, Abşeron rayon Təhsil Şöbəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Təhsil Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı Rayon Təhsil Şöbəsinin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edib məktəb direktorlarına qanunsuz göstərişlər verərək rayonda fəaliyyət göstərən orta məktəblərdə 20 manata alınmış məktəbli geyim formalarının 40 manata satışını təşkil etmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler