» » Ərdoğanın azərbaycanlı müşavirinin qızı niyə erməni qəzetində işləyir...

Ərdoğanın azərbaycanlı müşavirinin qızı niyə erməni qəzetində işləyir...

Bölmə: BLOK XƏBƏR
Ərdoğanın azərbaycanlı müşavirinin qızı niyə erməni qəzetində işləyir...
Mərhum professor Qeybulla Qeybullayevin övladı Arzu Qeybullayeva Türkiyə ermənilərinin “Aqos” qəzetində işləməsindən məmnundur; “Nə olur-olsun, işimə davam edəcəm”...
“Azadinform” saytı Azərbaycan vətəndaşı Arzu Qeybullayevanın Türkiyə ermənilərinin media orqanı olan “Aqos” qəzetində işləməsi ilə bağlı məqalə dərc edib. Məqalədə diqqət Azərbaycan vətəndaşı olan bir yazarın erməni təbliğatı ilə məşğul olan qəzetdə çalışmasına yönəldilib.

Məlumat üçün bildirək ki, Türkiyə ermənilərinin türk və erməni dillərində çıxan qəzeti “Aqos” 1996-cı il aprelin 5-dən çap edilir. “Aqos” bitki əkmək üçün qazılan çuxur, çala mənasına gəlir.

Qəzeti Luis Bakar, Hrant Dik, Harutyun Şeşetyan, Anna Turaydan ibarət İdarə Heyəti qurub. Baş redaktor Hrant Dink qısa zaman sonra “Aqos”un fikir öndəri kimi ön plana çıxıb.
2007-ci il yanvarın 19-da Hrant Dink redaksiya binasının qarşısında öldürülüb. Qəzetin indiki baş redaktoru isə Rober Koptaşdır.

“Aqos” bu gün erməni yalanlarının ən uğurlu təbliğat maşınlarından sayılır. Dünyanın “qədim”, “mədəni”, “haqsız basqılara məruz qalan” xalqı olan ermənilər Türkiyədə milli ideyalarını bu media orqanı ilə yayır. Onu da vurğulayaq ki, “Aqos”a Türkiyə iqtidarı da sıcaq baxır. Ötən il qəzetin Türk Hava Yollarının uçaqlarında pulsuz paylanması Türkiyə toplumunun müxalif kəsimində ciddi qıcıq yaratmış, Türkiyə ilə bağlı ərazi bir sıra saxta iddiaları olan ermənilərin təbliğat maşınına AKP iqtidarının bu cür şərait yaratmasının arxasında hansı məsələlərin dayandığı geniş müzakirəyə çıxarılmışdı.

Qayıdaq Arzu Qeybullayevaya. “Azadinform” yazır ki, Arzu Qeybullayeva Azərbaycan Memarlıq və İnşaat Universitetinin keçmiş rektoru Qeybulla Qeybullayevin qızıdır: “Rektorluqdan çıxarıldıqdan sonra Qeybulla Qeybullayev bir müddət Türkiyədə işləyib. Erməni qəzetində işləyən Arzu Bakı Türk Anadolu Liseyini bitirib. 1999-2000-ci illər arasında Amerikada FLEX proqramı ilə oxuyub. Türkiyəyə 2001-ci ildə təhsil almaq üçün gedib. Bilkent Universitetinin Beynəlxalq əlaqələr fakültəsini daxil olub. Bilkentdən sonra Britaniya paytaxtında ”London School of Economics and Political Science"də Qlobal Siyasət üzrə magistr dərəcəsi alıb. Daha sonra Londondan İstanbula gəlib. Bir il sonra “European Stability Initiative” adlı qurumda Azərbaycan üzrə ekspert olaraq işə başlayıb. Bundan sonra Azərbaycana daha tez-tez gəlib".

2009-cu ildə isə ABŞ-ın Milli Demokratiya İnstitutu onu Bakı ofisində işə götürüb. Bir il sonra Arzu Qeybullayeva İstanbula dönüb. Erməni qəzetinin azərbaycanlı əməkdaşının bu ilin martında modern.az saytına verdiyi müsahibəsi bəzi mətləbləri aşkara çıxarmağa kömək edir. Müsahibədən bəzi məqamları təqdim edirik:

“- ...Neçə oldu ki, Türkiyədə məhz ”Aqos" qəzetini seçdiniz?

- Azərbaycan-Ermənistan üzrə apardığım işlərlə tanış idilər. Məni qəzetə dəvət etdilər. Bu barədə söhbət etdik. Sonra qəzet üçün yazmağı təklif etdilər. Mən də qəbul etdim.

- ...Bunlar hansı işlər idi?

- 2009-cu ildən iki ölkə arasında keçirilən kiçik miqyaslı proyektlərdə daha çox təlimçi kimi iştirak etmişəm. 2011-ci ildə isə “İmagine Center for Conflict Transformation” adında kiçik təşkilata qoşuldum. Bizim mərkəz 2007-ci ildə qurulub və münaqişələrin həlli üzərində çalışır. Məqsəd insanları bir araya gətirib, onlara fikir mübadiləsi şansı yaratmaqdır.
- Heç kimə sirr deyil ki, bir vaxtlar Qrant Dinkin redaktoru olduğu “Aqos” qəzeti Türkiyədə nəşr olunan erməni qəzetidir. Orada işləyən bir azərbaycanlı kimi sizə qarşı münasibət necədir?

- ...Qəzetdə işə başladığımdan həmişə müsbət münasibət və enerji ilə qarşılaşmışam. Burada çox mehriban komanda var.

- Heç olubmu ki, azərbaycanlı olduğunuza görə sizin hər hansı bir yazınızın “Aqos”da çap olunmasına qadağa qoyulsun?

- Xeyr.

- Azərbaycanı Türkiyədə təmsil edən bir azərbaycanlı, həm də bir jurnalist kimi Azərbaycan-Ermənistanla bağlı mübahisələriniz düşürmü?

- Açığı, bu günə qədər belə bir şeylə rastlaşmamışam.

- Hər il dünyanın müxtəlif yerlərində, eləcə də Türkiyədə Xocalı, Mart soyqırımları, Sumqayıt hadisələri anılır. Ermənilərin, həmçinin “Aqos”çuların sizə münasibəti, baxışları necə olur? Sizə qarşı hər hansı bir aqressiya nümayiş olunurmu?

- Yox, belə bir şey olmur.

- Sizi “Aqos”da işləməyinizə görə qınayanlar olmayıb ki?

- Təbii ki, bəzən qınayanlar olur. Amma bu o, demək deyil ki, mənim işim sırf kiminsə xoşuna gəlmirsə işimi atmalıyam... nə olursa-olsun işimizə davam etməliyik".
Məqalə dərc edildikdən sonra bir sıra saytlar Arzu Qeybullayevanın tibb elmləri doktoru, professor, Müsavat Partiyasının üzvü Adil Qeybulla ilə qohum olması haqqında xəbər yayıb. “Yeni Müsavat”a danışan Adil Qeybulla isə Qeybulla Qeybullayevlə qohum olmasını təkzib edib: “Mən Şəkidənəm, Qeybulla Qeybullayev Zaqataladan. Qeybulla müəllimi uzun illər öncədən tanısam da bizim ailələrimizin heç bir qohumluq münasibətləri yoxdur”.
Başqa bir qaynaqdan aldığımız bilgiyə görə isə Qeybullayevlər etnik kökən olaraq türk deyillər. Onların Zaqatalada yaşayan azlıqlara mənsub olduğu bildirilir. Mərhum Qeybulla Qeybullayev Türkiyənin Sparta Universitetinin professoru işləyib. Lakin o, indiki prezident T.Ərdoğanın AKP genəl başqanı kimi müşaviri vəzifəsində də çalışıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler