» » Azərbaycanlı aktrisa türk sevgilisindən ayrıldı

Azərbaycanlı aktrisa türk sevgilisindən ayrıldı

Bölmə: BLOK XƏBƏR
Azərbaycanlı aktrisa türk sevgilisindən ayrıldı
Türkiyədə yaşayan azərbaycanlı aktrisa 2 zərbə alıb. “Küçük Ağa” serialından uzaqlaşdırılan Nəsrin Cavadzadə 8 illik sevgilisi, rejissor Camal Şandan da ayrılıb.

Xalqinfo.az-in məlumatına görə, adıçəkilən serialda Başak obrazını canlandıran Nəsrin çəkiliş heyətində qalmaq istəsə də, ssenaridəki rolunun qurtardığı söylənilərək ekran işindən kənarlaşdırılıb.

Bu hadisədən sonra N.Cavadzadə ikinci zərbəni sevgilisindən alıb. Rejissor bir müddət öncə adı Mustafa Erdoğan ilə hallanan Anadolu Atəşi rəqqası Fatma Gök ilə eşq yaşamağa başlayıb. O, yeni sevgilisiylə birlikdə Kapadokyaya yollanıb.

Qeyd edək ki, Nəsrin Cavadzadə Camal Şanla 2007-ci ildə “Yersiz-yurdsuz” serialının çəkilişi zamanı tanış olmuşdu. Nəsrin bir neçə ay bundan öncə azərbaycanlı gənc aktrisa Mina Sovetski ilə birlikdə Türkiyədə "Son məktub" adlı filmə çəkilib. Sözügedən filmdə o tibb bacısı obrazını canlandırır.ans press

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler