» » Icra hakimiyyətlərində yoxlama aparılacaq


Icra hakimiyyətlərində yoxlama aparılacaq

Bölmə: BLOK XƏBƏR
Icra hakimiyyətlərində yoxlama aparılacaq
Hesablama Palatasında Kollegiya iclası keçirilib. Palatadan ans press-ə verilən məlumata görə, iclasda dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan 2011-2013-cü illər və 2014-cü ilin birinci yarımili üzrə Masallı Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə, dövlət büdcəsindən Azərbaycanın İspaniya Krallığındakı Səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin icrası, dövlət rüsumlarının hesablanılması və ödənilməsinə, həmçinin Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsi üzrə gəlir və xərclərin, o cümlədən, şöbənin saxlanılması xərclərinin proqnozlaşdırılması və icrasına dair həyata keçirilmiş audit tədbirlərinin nəticələri barədə hesabat və rəylər geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiyada, eyni zamanda, dövlət büdcəsindən Qazax Mərkəzi Rayon Xəstəxanası üzrə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına, Kürdəmir Rayon İcra Hakimiyyətinə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından və Ağdaş rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin istifadəsinə dair audit proqramları müzakirə edilərək təsdiq olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler