» » Mübariz Qurbanlı ATƏT rəsmisinə məlumat verdi

Mübariz Qurbanlı ATƏT rəsmisinə məlumat verdi

Bölmə: BLOK XƏBƏR
Mübariz Qurbanlı ATƏT rəsmisinə məlumat verdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ATƏT-in Azərbaycanda layihə əlaqələndiricisi Aleksis Şahtaxtinskini qəbul edib.

Dini Komitənin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, DQİDK sədri Mübariz Qurbanlı Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olması, dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar üçün yaradılan şəraitin yaradılması barədə ATƏT rəsmisinə məlumat verib. Eyni zamanda dini abidələrin tikinti və bərpa işlərinə dövlət səviyyəsində böyük qayğının olduğunu vurğulayıb.

Aleksis Şahtaxtinski ATƏT-in tolerantlıqla bağlı müxtəlif layihələrinin olduğunu diqqətə çatdırıb.

Qeyd edib ki, Azərbaycanın mövcud tolerantlıq modeli Avropa üçün önəm kəsb edir. ATƏT rəsmisi gələcəkdə də bu təcrübənin təşviq edilməsi istiqamətində birgə tədbirlərin keçirməsinin əhəmiyyətli olacağını diqqətə çatdırıb.
Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən bir sıra layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler