» » Şəhid Tural Həşimli Naxçıvanda dəfn edilib - Fotolar

Şəhid Tural Həşimli Naxçıvanda dəfn edilib - Fotolar

Bölmə: BLOK XƏBƏR, MANŞET, GÜNDƏM
Şəhid Tural Həşimli Naxçıvanda dəfn edilib - Fotolar
Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş baş leytenant Tural Həşimlı doğulduğu Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda dəfn edilib.

Xalqinfo.az-ın məlumatına görə, izdihamlı mərasimdə çıxış edənlər şəhidin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, Vətən uğrunda şəhid olan qəhrəman övladlarımızın qanının yerdə qalmayacağını, düşməndən amansız qisas alınacağını, torpaqlarımızın tezliklə işğaldan azad olunacağını bildiriblər.

Şəhidin nəşi Dövlət himninin sədaları və yaylım atəşi altında torpağa tapşırılıb, məzarı üstünə əklil və gül dəstələri qoyulub. Tabut üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı ailəsinə təqdim edilib.

Qeyd edək ki, Şəhid Turalın yaxınları onun 7 ay olar ki, evləndiyini bildirirlər. Şəhid Haşımlı ata olmağa hazırlaşırdı. Onun özündən böyük bacısı və kiçik qardaşı vardı.

Xalqinfo.az xəbər portalı olaraq şəhidin ailəsinə və yaxınlarına başsağlığı veririk.

Allah rəhmət eləsin!

Leyla Həsənova

Şəhid Tural Həşimli Naxçıvanda dəfn edilib - Fotolar
Şəhid Tural Həşimli Naxçıvanda dəfn edilib - Fotolar
Şəhid Tural Həşimli Naxçıvanda dəfn edilib - Fotolar
Şəhid Tural Həşimli Naxçıvanda dəfn edilib - Fotolar
Şəhid Tural Həşimli Naxçıvanda dəfn edilib - Fotolar
Şəhid Tural Həşimli Naxçıvanda dəfn edilib - Fotolar
Şəhid Tural Həşimli Naxçıvanda dəfn edilib - Fotolar
Şəhid Tural Həşimli Naxçıvanda dəfn edilib - Fotolar
Şəhid Tural Həşimli Naxçıvanda dəfn edilib - Fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler