» » Rusiyadan Obamaya dərs

Rusiyadan Obamaya dərs

Bölmə: BLOK XƏBƏR
Rusiyadan Obamaya dərs

Rusiya Xarici İşlər Nazirliyi ABŞ prezidenti Barak Obamanın Tallində Rusiya ilə bağlı çıxışına ironik şəkildə cavab verib.

Estoniyanın paytaxtı Tallinndə Obama bəyan edib: “XIX əsrdə itirdiyi torpaqları geri qaytararaq keçmişə, çarların vaxtına qayıdır. Bu, XXI əsrdə Rusiyanın böyüklüyünün göstərilməsi üçün düzgün üsul deyil”.

Rusiyanın xarici işlər nazirliyi Obamanın cavabını çox gecikdirməyib.

“Tarix həvəskarlarına cavab: ABŞ prezidenti Barak Obama “Rusiyanın XIX əsrdə itirdiyi torpaqları” deyəndə nəyi nəzərdə tutur? Biz hazırda Obama üçün Rusiyanın XİX əsrdə itirdiyi ərazilərin siyahısını hazırlayırıq”, - deyə Rusiya xarici işlər nazirliyi ironiya ilə Obamanın çıxışa münasibət bildirib.

XİN-nin açıqlamasına görə, XIX əsrdə Rusiyadan müqavilə ilə ayrılan yeganə böyük ərazi Alyaskadır. O da ABŞ-ın tərkibindədir. Alyaska 1867-ci ildə yarımadanın 7,2 milliyon dollar müqabilində ABŞ-a satılıb. Görəsən, ABŞ prezidenti Rusiyanın itirdiyi ərazilərdən danışarkən Alyaskanı nəzərdə tuturdu? O, bunu açıqlamayıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler