» » Özünü yandıran Qarabağ əlilindən xəbər var

Özünü yandıran Qarabağ əlilindən xəbər var

Bölmə: BLOK XƏBƏR
Özünü yandıran Qarabağ əlilindən xəbər var

Ötən ay Bakının mərkəzində özünü yandıran Qarabağ müharibəsi əlili Elçin Salahovun həyat yoldaşı Jalə Salahovanın vəziyyəti yaxşılığa doğru gedir.

Bunu Respublika Yanıq Mərkəzinin həkimi Şöhrət Məmmədov deyib.

Həkimin sözlərinə görə, hazırda Jalə Salahovanın bədəninin yanan hissələrində təmizlənmə prosesi aparılır. Bundan sonra onun üzərində əməliyyat həyata keçirilərək dərisinin dəyişdirilməsi nəzərdə tutulur.

Ş.Məmmədov bildirib ki, Elçin Salahovun vəziyyəti isə yaxşıdır.

Qeyd edək ki, bir müddət əvvəl Jalə Salahovanın vəziyyətinin çox ağır olduğu, hətta onun ölmə ehtimalının yükəsk olduğu bildirilirdi.

Xatırladaq ki, Qarabağ qazisi Elçin Salahov və onun həyat yoldaşı Jalə Salahova evləri əllərindən alındığına görə, avqustun 13-də Bakının mərkəzində özlərini yandırmışdılar.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler