Cəbhədə gərginlik davam edir - Nazirliyin açıqlamasıErmənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan (cəmi 9 mərmi), həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 129 dəfə pozub. “Xalqinfo”nun Müdafiə Nazirliyinə istinadən məlumatına görə, Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Noyemberyan rayonunun Voskevan, Şavarşavan, Dovex kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Köhnəqışlaq, Quşçu Ayrım, Fərəhli, Kəmərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqedzor, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Qaraqaşlı, Sarıcalı, Mərzili, Nəmirli, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Horadiz, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Əməliyyat şəraitinə uyğun olaraq bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. |
XƏBƏR LENTİ
10.03.24 10:58 | “Toplum TV” üzərindən yarım milyondan çox vəsait qeyri-qanuni Azərbaycana çatdırılıb
10.03.24 10:38 | Trampın Ukrayna ilə bağlı gizli planı – Bild
10.03.24 10:35 | Zaur Baxşəliyev, Lalə Azərtaş, Tolik, Xoşqədəm Baxşəliyeva, Elgiz Əkbər və Zaur Kamalla bağlı ŞOK YAZI
10.03.24 10:30 | Deputatın oğlu işdən çıxarıldı
10.03.24 10:25 | Tokayev sabah Bakıya gəlir
|