» » Sabah toyu olacaqdı, bu gün öldü...

Sabah toyu olacaqdı, bu gün öldü... - Faciə

Bölmə: BLOK XƏBƏR
Sabah toyu olacaqdı, bu gün öldü...
Bərdə rayonunun Mirzəxan kəndində bədbəxt hadisə nəticəsində gənc oğlan dünyasını dəyişib.


Xalqinfo.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, qız qaçırıb toya hazırlaşan gəncin toy çadırı yas çadırına dönüb. Ağdam rayonundan məcburi köçkün olan 27 yaşlı Ramin İbrahimov ürək tutmasından vəfat edib. R. İbrahimov bir neçə gün əvvəl qız qaçırıb və yaxın günlərdə toyu olacaqmış. Rayonun Heydər Əliyev prospektində yerləşən avtoyuma məntəqəsində işləyən Ramin İbrahimov işdə olarkən ürək tutmasından həyatını itirib. Hadisə yerinə təcili tibbi yardım gəlsə də, gəncin həyatını xilas etmək mümkün olmayıb.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler