» » Milla şirkəti Avropa Oyunlarına dəstək oldu

Milla şirkəti Avropa Oyunlarına dəstək oldu

Bölmə: BLOK XƏBƏR
Milla şirkəti Avropa Oyunlarına dəstək oldu

Sazişə görə Milla şirkəti Azərbaycanda 5000-dən artıq dükanda reklam işi aparacaq, bütün məhsullarının və işçilərinin uniformalarının üzərində Bakı 2015 loqosunu daşımaqla Bakı 2015 Avropa Oyunlarına öz dəstəyini göstərəcək.

Həmçinin, daxilində dondurmaların olacağı furqonlar vasitəsilə də şirkətin məhsulları Bakı 2015 yarışlarının keçiriləcəyi obyektlərdə mövcud olacaq. Şirkət televiziyada geniş reklam kampaniyası aparmaqla da Avropa Oyunlarını dəstəkləyəcək.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş Direktoru cənab Saymon Kleq deyib: "Milla Azərbaycanda tanınmış və çox sevilən brenddir. Biz onları Oyunların Rəsmi Tərəfdaşı kimi salamlamaqdan məmnunuq".

"Şirkətin tanınmış məhsulları birinci Avropa Oyunları ilə bağlı maraq və həyəcanımızı bütün ölkə ərazisindəki milyonlarla idman azarkeşləri ilə bölüşməkdə bizə kömək edəcək".

Əməkdaşlığa görə Milla şirkəti təbliğat işləri aparmaqla və ölkənin hər yerinə mallarını çatdırdığı furqonların üzərində Bakı 2015 brendini təsvir etməklə bütün Azərbaycan ərazisində Avropa Oyunlarının reklamını həyata keçirəcək. Milla şirkətinin İdarəetmə üzrə Direktoru cənab Filip Rayt qeyd edib: ``Biz Bakı 2015 Avropa Oyunlarının Rəsmi Tərəfdaşına çevrilməklə Oyunlar ailəsinə qoşulduğumuza şadıq".

``Milla brendi Azərbaycan xalqına Avropa Oyunlarının yüksək standartlarına uyğun gələn bir sıra yüksək keyfiyyətli, sağlam və innovativ süd məhsulları təklif edir.``

``Avropa Oyunları Azərbaycanın tarixinə heyrətamiz anlar kimi daxil olacaq və biz bütün Avropanın zövq alacağı idman yarışlarına gedən yolun bir hissəsi olduğumuz üçün fəxr edirik.``

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Kommersiya şöbəsinin direktoru cənab Çarli Viceratna əlavə etmişdir: ``Millanın Azərbaycanda güclü nüfuza malik olması və tanınan bir brend olması göstərir ki, şirkət Bakı 2015-in ideal tərəfdaşıdır və onların dəstəyinə etibar etmək çox gözəldir.``

Milla McDonald`s-dan və Tickethour-dan sonra Bakı 2015 Avropa Oyunlarının üçüncü Rəsmi Tərəfdaridir

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler