» » Nazirlikdən açıqlama- “Nailə Rzaquliyeva pensiya yaşına görə azad edilib”

Nazirlikdən açıqlama- “Nailə Rzaquliyeva pensiya yaşına görə azad edilib”

Bölmə: BLOK XƏBƏR
Nazirlikdən açıqlama- “Nailə Rzaquliyeva pensiya yaşına görə azad edilib”

Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyevanın işdən çıxarılması ilə bağlı açıqlama yayıb.N. Rzaquliyeva pensiya yaşının çatması ilə əlaqədar öz ərizəsinə əsasən tutduğu Nailə Rzaquliyevan azad edilib.


1974-cü ildə Azərbaycan Dillər Universitetini ingilis dili müəllimi ixtisası üzrə bitirən Nailə Rzaquliyeva əmək fəaliyyətinə 23 nömrəli məktəbdə başlayıb. Burada ingilis dili müəllimi işləyən Nailə xanım bir müddət həmin təhsil müəssisəsinin direktoru vəzifəsində çalışıb. 2006-cı ildə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri təyin olunan Nailə Rzaquliyeva ötən 8 il ərzində bu vəzifədə fəaliyyət göstərib.

Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2004-cü il tarixli 422 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının “Əməkdar müəllimi” fəxri adı ilə, təhsil nazirinin 22 mart 2005-ci il tarixli əmri ilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub. İşlədiyi müddətdə təhsil ictimaiyyəti arasında dərin hörmət, yüksək nüfuz qazanıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler