» » Ona ilk xeyir-duanı anası verib-

Ona ilk xeyir-duanı anası verib- Video

Bölmə: BLOK XƏBƏR
Ona ilk xeyir-duanı anası verib-
Reportajımı Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə haqqında çoxlarınızın bildiklərini deməklə başlaya bilərdim. Əslində bunlar reallıqdır, deməsəm olmur. Odur ki, bu reallıqlara qayıdacam. Amma mən məhz çoxlarından fərqli olaraq Şeyxülislamla səfərlərə dəfələrlə getdiyimə görə, onu bir qədər fərqli tərəflərdən tanıyıram, desəm düz olar.

Səmimi deyim ki, zəhmi ilə məni hər zaman öz yanında deyil, kənarda saxlayan Şeyx, qızım bura gəl - deyərək səfərlə bağlı məsləhətlərini verməklə özünün necə yumşaq və mülayim bir ürəyə sahib olduğunu göstərdi. Başqa ölkələrdə onun necə hörmətlə qarşılandığını görəndə isə onun əbəs yerə Bütün Qafqazın Şeyxi adlandırılmadığını hər dəfə özümə sübut edirdim. Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr 30 ildən çoxdur ki, Şeyxi tanıyır və bu illər ərzində onun heç dəyişmədiyini deyir.

ANS TV-nin məlumatına görə, Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein qeyd edir ki, o, böyük vətəndaş məsuliyyəti olan bir insandır: “Azərbaycan 20-ci əsrdə çox çətin vaxtlar yaşayıb. Şeyx bu vəziyyətlərdə həmişə əsl vətənpərvər kimi çıxış edib. O, baş verənlərə görə öz xalqının gələcəyi üçün böyük narahatlıq keçirirdi”.

Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev isə cəmi bir neçə ildir ki, Hacı Allahşükür Paşazadəni tanısa da, deyir ki, bu Şeyxi yaxından tanımağa mane olmayıb.

Hacı Allahşükür Paşazadə Bütün Qafqazın Şeyxi olmaqla yanaşı, gözəl ata, qayğıkeş baba və etibarlı dostdur. Ona İslam yolunda ilk xeyir-duani mərhum anası verib. Hələ uşaqkən həyətlərindəki heyva ağacının yanında oynayan Allahşükürə anası göz yaşları içində deyib: “Oğlum, daha sən böyümüsən. Sən dünyaya gəlməmişdən, hələ ana bətnində ikən mən səni Allah yolunda qurban boyun olmuşam. Demişəm ki, əgər Allah 7 qızdan sonra mənə oğul verərsə, mən onu Allah yolunda oxutduracam. Oğlum həyatını ancaq Allaha həsr edəcək”.

Buna görə də Şeyxülislam evlərinin həyətindəki heyva ağacını çox sevir.

Allahşükür Paşazadə İslam aləmi və müxtəlif dinlərlə əlaqələrin qurulması, inkişafı sahəsində fəal çalışır və əlındən gələni əsirgəmir.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler