» » Bakıda partlayış oldu-

Bakıda partlayış oldu- Video

Bölmə: BLOK XƏBƏR
Bakıda partlayış oldu-
Bakı Dairəvi Yolunda baş verən partlayışın bəzi təfərrüatları məlum olub.

ANS PRESS-in məlumatına görə, partlayışa səbəb olan qəza hadisəsi Bakı-Qazax yolunun 13-cü km-də baş verib.

Sürücü Rövşən Abbasovun idarə etdiyi "Mercedes" markalı yanacaq daşıyan maşının qəzaya düşməsi onun yüksək sürətlə getməsi səbəb olub. Maşın dəmir arakəsməyə çırpılaraq aşıb.

Sürücünün xəstəxanaya aparıldığı deyilir.

Ərazidə yanğın hələ də davam edir. Әrazidәn yüksәk gәrginlikli elektrik xәtlәri keçdiyindən yanğın nәticәsindә elektrik xәtlәrinә ziyan dәyib. Nәticәdә Bakının Yasamal rayonunun әksәr hissәlәri işıqsız qalıb.

00.13

Bakıda güclü partlayış olub.

ANS PRESS-in məlumatına görə, Bakının Dairəvi Yolunda, paytaxta giriş hissədə ağır yol nəqliyyat hadisəsi baş verib.

Yanacaq daşıyan maşının aşması nəticəsində 2 dəfə güclü partlayış olub.

Ərazidən keçən yüksək gərginlikli elektrik xətlərinin hamısı sıradan çıxıb.

Hazırda yolda hərəkət tamamilə dayandırılıb.

Əraziyə FHN-nin yanğınsöndürənləri cəlb olunub. Yanğının söndürülməsi prosesi gedir. İlkin məlumata görə, yanğının əhatə dairəsi çox genişdir.

Hadisə zamanı yanacaq daşıyan maşının sürücüsü ağır bədən xəsarəti alıb.

İlkin məlumata görə, ölüm hadisəsi qeydə alınmayıb.

Hadisənin növbəti gedişatı haqqında məlumat veriləcək.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler