» » Azərbaycanda mürəbbə festivalı keçiriləcək

Azərbaycanda mürəbbə festivalı keçiriləcək

Bölmə: BLOK XƏBƏR
Azərbaycanda mürəbbə festivalı keçiriləcək

Avqust ayının 24-ü saat 10:00-da Qəbələdə II Qəbələ mürəbbə festivalı keçiriləcək
Festivalda rayonlar üzrə ayrılmış yerlərdə hər bir bölgə üçün xarakterik olan mürrəbə məhsullarının, əl işlərinin sərgisi təşkil olunacaq. 20 rayon iştirak edəcək və hər rayon 8 növ mürəbbə gətirəcək. Festivalda mürəbbələrin 2 nominasiya üzrə müsabiqəsi keçiriləcək.Qaliblər fəxri fərman və pul ilə mükafatlandırılacaq.

Festivalın keçirilməsində məqsəd milli mətbəx irsimizin bir hissəsi olan mürəbbələri tanıtmaq və həm xalq yaradıçılığı kimi həm də milli mətbəx irsimiz kimi toplanmasını və təbliğini təşkil etməkdir. Təşkilatçılar isə Qəbələ Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzi,Azərbaycan Milli Kulinariya Assosasiyası. Qaliblərə həmçinin iştirakçılara AMKA və AMKM-diplomları və medalları təqdim olunacaq.

Qeyd edək ki, birinci Qəbələ mürəbbə festivalından fərqli olaraq bu il münsiflər heyətinin işi daha da təkmiləşdirilib.Belə ki,münsiflər heyətinin sayı 13 nəfərə çatdırılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler