» » Ermənilərə daha bir cavab

Ermənilərə daha bir cavab

Bölmə: BLOK XƏBƏR
Ermənilərə daha bir cavab

Müdafiə Nazirliyi Azərbaycan, Türkiyə və Gürcüstan ordusunun bir sıra məsələlərdə razılaşma əldə etməsinin Dağlıq Qarabağ probleminin həllinə nə dərəcədə təsir edə biləcəyi məsələsinə aydınlıq gətirib.

Müdafiə nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq idarəsinin rəisi Ramiz Nəcəfovun ANS-ə verdiyi eksklüziv açıqlamaya görə, 3 ordu cənubi qafqaz regionunda sabitliyin, təhlükəsizliyin qarantı olacaq.

Azərbaycan, Türkiyə və Gürcüstan ordusu Cənubi Qafqazın təhlükəsizliyinin qarantı olmaqla Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir edə bilər.

3 ölkənin müdafiə nazirlərinin razılaşmasına əsasən regionda sabitliyin pozulmasına hesablanan bütün cəhdlərin qarşısı dərhal operativ şəkildə alınacaq.

Ramiz Nəcəfovun açıqlamasına görə 3 ordunun anlaşması bölgədəki münaqişə tərəflərinə bir mesaj olacaq.

Müdafiə nazirliyinin idarə rəisi Ramiz Nəcəfov deyir ki, "Hər hansı bir digər qüvvə bu cənubi qafqaz bölgəsində sabitliyin pozulmasına cəhdlər etsə və yaxud bu haqda planları olsa, o, ilk növbədə düşünəcək ki, burada 3 ölkə strateji əməkdaşlıq həyata keçirir, onların silahlı qüvvələri birlikdədirlər və bu, onları hərəkətlərindən yayındıra bilər".

Hər 3 ölkə bölgədəki münaqişələrin ilk növbədə sülh yolu ilə həlli tərəfdarıdır. Tərəflər ölkələrinin ərazi bütövlüyünü dəstəkləyir.

Azərbaycan, Türkiyə və Gürcüstan siyasi, iqtisadi və hərbi birlik nümayiş etdirərək ayrı-ayrı xalqlardan ibarət ordu birləşməsi yaratmış olacaq, onlar həm birgə təlimlərə qatılacaq, həm də bütün dünyanın diqqət və marağında olan strateji obyektlərin, enerji, nəqliyyat layihələrinin təhlükəsizliyə cavabdeh olacaqlar.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler