» » Türkiyədə Qarabağ parkı açılacaq

Türkiyədə Qarabağ parkı açılacaq

Bölmə: BLOK XƏBƏR
Türkiyədə Qarabağ parkı açılacaq

Bolu bələdiyyə başqanı Bolunun Fəxr Vətəndaşı olan millət vəkili Qənirə Paşayevanın xahişini yerinə yertirəcəklərini və Boluda gözəl bir Qarabağ parkı açılacağını deyib.

Millət vəkili, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvü, Bolunin Fəxri Vətəndaşı Qənirə Paşayeva Türkiyənin Bolu vilayətinin bələdiyyə başçısı Alaaddin Yılmaz ilə görüşüb. Azərbaycan ilə Türkiyə arasında,ölkələrimizin rəhbərləri arasında bütün sahələrdə yüksək səviyyədə əlaqələrin olduğunu bildirən millət vəkili Qənirə Paşayeva Azərbaycanın daim qardaş Türkiyənin,Türkiyənin də daim Azərbaycanın yanında olduğunu deyib. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri, bələdiyyələri arasında da bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edib. Millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin bir çox şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, Bolu vilayətinin də artıq Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiklərini bildirib. Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətləri ilə bağlı geniş məlumatlar verən millət vəkili Qənirə Paşayeva görüşdə həmçinin Ermənistanın torpaqlarımızın 20%-ni işğal altında saxlaması, qaçqın və məcburi köçkünlərin uzun illərdir öz doğma yurdlarına dönə bilməməsi, Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərində dinc azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımlar, qətliamlar, tarixi abidələrin erməni vandalizminə məruz qalması barədə də danışmış və bələdiyyə başçısının rəhbərliyi altında nümayəndə heyətinin yaxın günlərdə Azərbaycana səfəri zamanı onların bir hissəsini yerində gördüklərini xüsusi vurğulayıb.

Bolu vilayətinin bələdiyyə başçısı Alaaddin Yılmaz yaxın zamanlarda Boluda Qarabağ parkının açılacağını və onun açılışında birgə iştirak etmək üçün millət vəkili Qənirə Paşayevanı da şəxsən dəvət edəcəyini deyib. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Bolu vilayətinin bələdiyyə başçısı Alaaddin Yılmaza Azərbaycanın qədim musiqi aləti saz hədiyyə edib. Koroğulunun yadigarı olan saz musiqi alətinə görə təşəkkürünü bildirən Bolu vilayətinin bələdiyyə başçısı Alaaddin Yılmaz bu hədiyyədən çox məmnun qaldığını deyib. Millət vəkili Qənirə Paşayeva Bolu vilayətinin bələdiyyə başçısı Alaaddin Yılmaza Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı kitab və materiallar da təqdim edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler