» » İsa Qəmbər müşavirini qovdu-

İsa Qəmbər müşavirini qovdu- Müsavatda qarşıdurma

Bölmə: BLOK XƏBƏR
İsa Qəmbər müşavirini qovdu-
Müsavat Partiyasının rəhbər şəxslərinin iştirakı ilə ötən gün axşam saatlarında keçirilən iclasında qalmaqal baş verib. AzNews.az-ın məlumatına görə, iclasda Müsavat başqanının müşaviri Hüseyn Məlikin fəaliyyəti müzakirə mövzusu olub.
İclasda çıxış edən bəzi funksionerlər H. Məliki partiyanın nüfuzuna xələl gətirməkdə və qurumun qərarlarının əleyhinə addım atmaqda ittiham ediblər. Yığıncaqda H. Məlikin partiyanın müşaviri kimi fəaliyyəti mənfi dəyərləndirilərək, onun bu postdan çıxarılmasına dair xüsusi qərar verilib.

Partiya başqanı İsa Qəmbər H. Məlikin Müsavat üzvülüyündən çıxarılıb-çıxarılmaması məsələsini Divanın səlahiyyətinə verib.
İclasda bəzi funksionerlər isə H. Məlikin partiyadan çmıxarılmasını təklif ediblər. Lakin bu təklif hələ ki, qəbul olunmayıb.

Onu da qeyd edək ki, H. Məlikə yönələn təzyiqlərə əsas səbəb kimi onun AXCP ilə yaxın əməkdaşlıq etməsi olub.

AzNews.az-ın əməkdaşının suallarını cavablandırmayan Hüseyn Məlik isə “Facebook”dakı səhifəsində özü ilə bağlı partiyada yaranmış gərginliyi belə şərh edib: “2003-ildən hal-hazıra qədər Müsavat Partiyasının üzvü olduğumdan qürur hissi duyduğumu, bu andan etibarən partiyada fəaliyyətimi dayandırdığımı bəyan edirəm. Partiya ilə əlaqələrimin yenidən qurulmasının mümkünlüyünü qurultayın qərarından asılı olacağını bildirirəm. Bütün dostlarıma uğurlar arzulayıram”.

İsa Qəmbər müşavirini qovdu-

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler