» » Ərdoğan prezident kimi ilk rəsmi səfərini Azərbaycana edəcək

Ərdoğan prezident kimi ilk rəsmi səfərini Azərbaycana edəcək

Bölmə: BLOK XƏBƏR, MANŞET
Ərdoğan prezident kimi ilk rəsmi səfərini Azərbaycana edəcək
Türk mediası artıq ənənəyə çevrilmiş bu qaydanın Ərdoğan tərəfindən də pozulmayacağını yazır
Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib ərdoğan ilk rəsmi səfərini Azərbaycana edə bilər. Türkiyənin “CNN-Turk” telekanalının məlumatına görə, Ərdoğanın ilk rəsmi səfəri Azərbaycana və ya Şimali Kipr Türk Respublikasına ola bilər.

Ərdoğanı prezident seçilməsi münasibəti ilə təbrikində də Azərbaycanın dövlət başçısı onu ölkəmizə səfərə dəvət edib. Azərbaycan prezidentinin iki gün əvvəl yayılmış təbrik məktubunda İ.Əliyev onu Azərbaycana səfərə dəvət edib: Əziz qardaşım, fürsətdən istifadə edərək Sizi münasib bildiyiniz vaxtda Azərbaycana səfərə dəvət edirəm".

Qeyd edək ki, Türkiyə mətbuatının yazdığına görə, Azərbaycan və Türkiyənin dövlət başçıları seçkilərdən sonra ilk rəsmi səfərlərini bir qayda olaraq müvafiq olaraq qardaş ölkəyə gerçəkləşdirirlər. Ötən il prezident seçkilərindən sonra İ.Əliyev ilk rəsmi səfərini Türkiyəyə edib. bu ilki bələdiyyə seçkilərində qalib gələn Ərdoğan ilk səfərini Azərbaycana etmişdi.
2007-ci ildə də prezident seçilən Abdullah Gül ilk rəsmi səfərini Azərbaycana və ŞKTR-na etmişdi. Türkiyə mediası artıq bir ənənəyə çevrilmiş rəsmi səfər proqramını Ərdoğanın da pozmayacağını və prezident kimi ilk rəsmi səfərini Azərbaycana edəcəyini qeyd edirlər. musavat

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler