» » BQXK girovlarla görüşüb-

BQXK girovlarla görüşüb- Video

Bölmə: BLOK XƏBƏR
BQXK girovlarla görüşüb-
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Ermənistan tərəfinin girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyevə 3-cü dəfə baş çəkiblər.

ANS TV-nin məlumatına görə, Komitənin Azərbaycan nümayəndəliyinin əməkdaşı İlahə Hüseynova deyir ki, saxlanılan şəxslərə ailə məlumatları çatdırılıb və onlardan ailələrinə çatdırılması üçün məlumat alınıb. Öldürülmüş Azərbaycan vətəndaşı Həsən Həsənova gəldikdə isə onun meyitinin qaytarılması ilə bağlı danışıqların aparıldığını deyən komitə rəsmisi prosesin baş tutması üçün ilk öncə tərəflərin razılığa gəlməli olduğunu söylədi.

İlahə Hüseynovanın sözlərinə görə, beynəlxalq humanitar hüquqa görə, meyitin qaytarılması qarşılıqsız həyata keçirilməlidir.

Azərbaycan tərəfi dəfələrlə xəbərdarlıq edib ki, beynəlxalq qurumlar, ilk növbədə Qızıl Xaç Həsən Həsənovun meyitinin qaytarılması və digər girov götürülmüş şəxslərin azad edilməsilə bağlı fəaliyyətlərini gücləndirməlidir. Bütün bunlar ölkə ictimaiyyəti, o cümlədən məcburi köçkünlər tərəfindən beynəlxalq təşkilatlara inamsızlığı artırır.

Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb. Onun Dağlıq Qarabağda dəfn edildiyi deyilir.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler