» » Ordumuz daha bir əsgər itirdi

Ordumuz daha bir əsgər itirdi

Bölmə: BLOK XƏBƏR
Ordumuz daha bir əsgər itirdi

Azərbaycan Ordusunda daha bir ölüm hadisəsi baş verib. ANS PRESS-in APA-ya istinadla verdiyi məlumata görə, hadisə Müdafiə Nazirliyin Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

Hərbi hissənin əsgəri Seyran Eynulla oğlu Hənifəyev qəfildən dünyasını dəyişib. Əsgərin ölümünə kəskin ürək və tənəffüs çatışmazlığı səbəb olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya əsgərin ölüm faktını təsdiqləyiblər.

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler