» » Nazir yaralı hərbçilərə baş çəkib

Nazir yaralı hərbçilərə baş çəkib

Bölmə: BLOK XƏBƏR
Nazir yaralı hərbçilərə baş çəkib

Bu gün müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti ötən həftə ermənilərin kəşfiyyat-təxribat qruplarının hücum cəhdinin qarşısının alınması zamanı yaralanmış hərbi qulluqçulara baş çəkmək üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə nazirliyin rəhbər heyəti Heydər Əliyevin hospitalın həyətində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub.

Sonra müdafiə naziri hospitalın reanimasiya və ortopediya bölmələrində müalicə olunan yaralı hərbi qulluqçularla görüşüb. Hər bir döyüşçünün sağlamlıq durumu ilə maraqlanan general-polkovnik Zakir Həsənov onlarla söhbət edib, arzu və istəklərini dinləyib.

Müdafiə nazirinə məlumat verilib ki, hazırda yaralılar intensiv müalicə alır və onların həyati təhlükəsi yoxdur. Hərbi qulluqçular göstərilən yüksək diqqət və qayğıya görə nazirə minnətdarlıqlarını bildiriblər. Hazırda səhhətlərinin yaxşı olduqlarını və hərbi tibb kollektivi tərəfindən yüksək qayğı ilə əhatə olunduqlarını söyləyən döyüşçülərimiz tezliklə sağaldıqdan sonra hərbi hissələrinə qayıdacaqlarını və düşmənə qarşı mübarizə aparmaq əzmində olduqlarını ifadə ediblər.

Sonda müdafiə naziri, general-polkovnik Zakir Həsənov hospitalın tibb heyətinə öz tövsiyə və tapşırıqlarını verib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler