Meqrabyan: ”Azərbyacana təsir göstərmək mümkün deyil”Bölmə: BLOK XƏBƏR
Ermənistanın Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Ruben Meqrabyan Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşünü şərh edib. Xalqinfo.az xəbər verir ki, bu barədə “Tert.am” saytına açıqlama verən erməni politoloq bu cür görüşlərin keçirilməsində Rusiyanın xüsusi məqsədinin olduğunu vurğulayıb. Onun sözlərinə görə, Kremlin əsas hədəfi ATƏT-in Minsk Qrupunu Dağlıq Qarabağ münaqişəsindən kənarlaşdırmaqdır: “Hazırda Ukrayna məsələlərinə görə Rusiyanın Minsk Qrupunun digər iki üzvü ilə ciddi problemi mövcuddur. Qarşı-qarşıya gələn ölkələr kimi Moskva bu formatın ləğvinə çalışacaq. Doğrudur, bunu etmək bir qədər çətin olsa da, Putin iqtidarı müəyyən önləyici addımlar atmağa çalışacaq. Amma bir məqam dəqiqdir – Ermənistanla müqayisədə bu məsələdə rəsmi Bakıya təsir göstərmək çətin olacaq”. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|