Orduda daha iki ölümBölmə: BLOK XƏBƏR
Azərbaycan Silahlı Qüvvələrinin daha bir əsgəri dünyasını dəyişib.Hadisə Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Ağstafa rayonundan həqiqi hərbi xidmətə çağırılan 1992-ci il təvəllüdlü Cavid Cəlil oğlu Məmmədov avtomat silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində dünyasını dəyişib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə faktı təsdiqləyiblər. Verilən məlumata görə, faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır. Ötən gün günorta saatlarında isə döyüş bölgəsində daha bir əsgərimizi itirdik. Bu barədə əsgərin yaxınları ANS PRESS-ə məlumat verib. Verilən məlumata görə, 19 yaşlı Murad Mahir oğlu Səmədov güllə yarası alaraq ölüb. Xırdalandan həqiqi hərbi xidmətə çağırılan Murad Səmədovun meyidi bu gün doğulduğu Xırdalan şəhərinə gətirilir. Əsgərin cənazəsi bu gün dəfn olunacaq. Fakt Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə təsdiqlənib. Verilən məlumata görə, əsgər döyüş bölgəsində, N saylı hərbi hissədə olarkən, ehtiyatsızlıqdan avtomatdan açılan atəş nəticəsində dünyasını dəyişib. Faktla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb, araşdırma aparılır. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|