» » Şəhid atası: “Oğlumla fəxr edirəm, əmr olsa, günü bu gün cəbhəyə gedərəm”

Şəhid atası: “Oğlumla fəxr edirəm, əmr olsa, günü bu gün cəbhəyə gedərəm”

Bölmə: BLOK XƏBƏR
Şəhid atası: “Oğlumla fəxr edirəm, əmr olsa, günü bu gün cəbhəyə gedərəm”

İyulun 31-dən avqustun 1-nə keçən gecə cəbhə xəttində atışma zamanı yaralanan, dünən hospitalda dünyasını dəyişən əsgər Anar Vidadi oğlu Qarazadə bu gün doğulduğu Biləsuvar rayonunda dəfn edilib. APA TV-nin Cənub bürosunun məlumatına görə, 1996-cı il təvəllüdlü şəhid əsgər doğulduğu Nərimankənd kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində kənd sakinləri ilə yanaşı Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, yerli icra strukturları və hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak ediblər. Şəhidin dəfnindən əvvəl baş tutan mitinqdə Müdafiə Nazirliyinin nümayəndəsi Abdulla Qurbani, Biləsuvar Rayon İcra Hakimiyyətinin birinci müavini Xanlar Məmmədov və digərləri çıxış edərək, Anar Qarazadənin şücaətindən, şəhidliyin müqəddəsliyindən və düşmən tapdağı altında olan torpaqlarımızın tezliklə azad olacağından söz açıblar.

Şəhid dəfn olunduqdan sonra yaylım atəşi açılıb.

Şəhidin orta məktəb müəllimi Faiq Cəfərov şəhid Anar Qarazadənin vətənə sadiq, vətənpərvər oğlan olduğunu deyib: “Mən onu uşaqlıqdan tanıyıram. Ona dərs demişəm. Dərsə müntəzəm gələn, hazırcavab şagird idi. O idmanı sevirdi. Məktəbin yaxınlığında idman meydançası var, ora gedirdi. Bu gün kəndimizə üçüncü şəhiddir ki gəlir. Biz bundan kədərlənmirik. Vətənin ağır günündə Vətən şəhid verməlidir”.
Qeyd edək ki, iki gün öncə cəbhənin ön xəttində düşmənin hücumunu dəf edərkən şəhid olmuş kiçik gizir Rahil Hüseynovun və gizir Pərvin Əliyevin təltif edildikləri “Hərbi qulluqda fərqlənməyə görə” 3-cü dərəcəli medalı bu gün Biləsuvar rayonunun Nərimankənd kəndində onların ailə üzvlərinə təqdim edilib. Bu münasibətlə düzənlənən mərasimlərdə bir daha vurğulanıb ki, Vətən onu qoruyan oğullarla güclüdür. Xatırladaq ki, ölkə bşçısının tapşırığı ilə şəhid Pərvin Əliyevin ailəsi yeni mənzillə təmin olunub. Digər şəhid ailələrinin problemləri daim dövlətin nəzatətində saxlanılacaq.

Hər iki şəhidin ailə üzvləri övladları ilə fəxr etdiklərini, lazım gələrsə vətən uğrunda canlarından keşməyə hazır olduqlarını bildiriblər.

Şəhid atası Əfsər Hüseynov şəhid övladı ilə fəxr etdiyini deyib:
“Oğlum vətən yolunda şəhid olub. Mən onunla fəxr edirəm. Mən özümdə bu gün əmr olsa, cəbhəyə getməyə hazıram”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler