» » Tanınmış politoloq Məmməd Əlizadədən Prezidentə Müraciət

Tanınmış politoloq Məmməd Əlizadədən Prezidentə Müraciət

Bölmə: BLOK XƏBƏR, MANŞET
Tanınmış politoloq Məmməd Əlizadədən Prezidentə Müraciət

Azərbaycan Respublikasının Prezidenti,
Ali Baş Komandan İlham Əliyev cənablarına
Müraciət



Hörmətli cənab Prezident!
Tarixi qaynaqlar şəxsiyyətlərimizin Vətən, torpaq, yurd, xalq qarşısında sərkərdəlik borclarını milli qeyrətlə, milli qürurla, milli düşüncə ilə ödəməklə qəhrəmanlıq tariximizin bariz səlnaməsini daha da zənginləşdirmiş, xalqımızın qan yaddaşında əbədiləşdirmişlər. Bu xeyirxah əməlli iş keçən əsrin sonlarında Ulu Öndərimizin millətimizə yaşatdığı müqəddəs Qurtuluş və xilaskarlıq missiyası tarixin və insanlarımızın mənəviyyatında yaddaş ömrü yaşamaqdadır.
Bu gün, Sizin rəhbərliyiniz və liderliyinizlə bu iş ardıcıl olaraq davam etdirilir və dərinləşdirilir. Vətənin bütövlüyünü, milli birliyimizin, milli qürurumuzun, milli düşüncəmizin qüdrətini, milli müdrikliyimizin dəyəri haqqında ən uğurlu işlər görənləri tariximizdə yaşatmaq üçün hər bir vətəndaş özünün vətəndaşlıq borcunu ləyaqətlə, layiqincə yerinə yetirməyi bacarmalıdır.
Hörmətli Ali Baş Komandan!
Bu gün, Vətənimiz və milli təhlükəsizliyimiz yağı düşmənin məkrli əməlləri ilə üz-üzə qaldığı bir zamanda, Sizin və əsgərlərimizin yanında olmaq hər bir vətəndaş üçün böyük şərəf məsələsidir.
Ömrümün bu ahıl çağında əsgərlərimizlə bir səngərdə olmaq mənim üçün də şərəflidir. Torpaqlarımızın azad olunması uğrunda mübarizədə Vətənə olan borcu ödəməyi, Vətənə xidmət etməyi həyatımın ən yüksək mənası hesab edirəm. Mənim bu arzumun həyata keçməsi üçün Sizin icazəniz vətənsevərlərin də ürəyindən olardı.
Dərin hörmət və ehtiramla,
Məmməd Əlizadə.

Şərh Yaz
ŞƏRH(1)

Akif 4 avqust 2014 22:12
Eşq olsun. Nümunə olacaq bir addımdır

Mən də böyük məmnuniyyətlə gedərdim.

Belə ziyalıya, belə alimə eşq olsun. Biz də, qardaşlarım oğullarım da prezidentimizin yanındayıq.
Çit          1

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler