» » “Qarabağ”dan şəhidlərə jest

“Qarabağ”dan şəhidlərə jest

Bölmə: BLOK XƏBƏR
“Qarabağ”dan şəhidlərə jest

""Qarabağ" klubu Çempionlar Liqasındakı matça qara sarğı ilə çıxmaq üçün UEFA-a rəsmi şəkildə müraciət edib".

Bu sözləri açıqlamasında "Qarabağ" FK-nun baş məşqçisi Qurban Qurbanov deyib. O bildirib ki, sabaha kimi bu məsələyə aydınlıq gətiriləcək: "UEFA adətən matça bir gün qalmış cavab verir. İnşallah rəsmi qərar verilər və biz matça qara sarğı ilə çıxarıq".

Oyunla bağlı da danışan peşəkar mütəxəssis avqustun 6-da çox güclü rəqibə qarşı mübarizə aparacaqlarını deyib. Onun sözlərinə görə, rəqib oyuna ciddi hazırlaşır: ""Zaltsburq"un son oyunu buraxması onların bu matça necə ciddi önəm verdiklərinin əyani sübutdur. Amma buna baxmayaraq biz matça ciddi şəkildə hazırlaşırıq. Sonacan mübarizə apararaq yaxşı nəticə əldə etməyə çalışacağıq".

Qurban Qurbanov cəbhə xəttindəki son hadisələrlə bağlı da danışıb: "Bildiyiniz kimi, son günlər atəşkəsin pozulması nəticəsində bizim oğullarımız şəhid olub. Bizim üçün bu, çox ağrılıdır. İnşallah sabah yaxşı nəticə əldə edib azerkeşləri sevindirərik".

Qeyd edək ki, Zaltsburq stadionunda keçiriləcək "Zaltsburq" - "Qarabağ" oyununu avqustun 6-da, saat 23:30-da baş tutacaq.
(anspress.com)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler