» » Erməni politoloqlar ATƏT-dən kömək istədilər

Erməni politoloqlar ATƏT-dən kömək istədilər

Bölmə: BLOK XƏBƏR
Erməni politoloqlar ATƏT-dən kömək istədilər
Bir qrup erməni politoloqu son günlər cəbhə bölgəsində baş verən hadisələrə münasibətlərini açıqlayıblar.

Axar.az xəbər verir ki, onlar ATƏT-ın Minsk Qrupundan kömək istəməklə bu təşkilatı hadisələrə etinasız qalmaqda qınayıblar. Məsələn, politoloq Levon Melik-Şahnazaryan bildirib ki, ATƏT-in Minsk qrupu cəbhədəki hadisələrə təkcə bəyanat verməklə deyil, həmçinin konkret addımlarla reaksiya verməli idi. O əlavə edib ki, indiki vəziyyətdə qurumun kənarda qalmaq haqqı yoxdur.

Digər erməni politoloq Hamlet Arutyunyan da eyni mövqedən çıxış edərək ATƏT-in Minsk Qrupunun səssiz qalmasını anlamadığını dilə gətirib. Onun sözlərinə görə, qurum erməniləri Azərbaycanın hərbi təzyiqlərindən qorumalıdır, üzv ölkələr öz sözünü deməlidir.

Xatırladaq ki, hər iki politoloq manipulyasiyaya yol verərək, xristian dünyasını Ermənistanı dəstəkləməyə çağırıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler