» » Nərgiz Paşayevanın qızı nüfuzlu qadınlar siyahısına düşüb

Nərgiz Paşayevanın qızı nüfuzlu qadınlar siyahısına düşüb

Bölmə: BLOK XƏBƏR
 Nərgiz Paşayevanın qızı nüfuzlu qadınlar siyahısına düşüb
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayevanın qızı, YARAT Müasir İncəsənət Məkanın təsisçiçi Aida Mahmudova mədəniyyət və incəsənət üzrə aparıcı saytlarından olan "The Culture Trip"in dərc etdiyi Mərkəzi Asiya və Qafqaz regionunun incəsənət sahəsində ən nüfuzlu qadınlarının siyahısına daxil olub.

“Qafqazinfo”nun buro247.az-a istinadən verdiyi məlumata görə, rəssamdan başqa, siyahıda Gazelli Art House-un təsisçisi və direktoru Mila Əsgərovanın, Qazaxıstandan olan rəssamlar Almagül Menlibayevanın, Annya Sandın, kuratorlar Sara Razanın, Gayane Umerovanın və Natalya Dyunun da adı var.

Məqalədə Aida Mahmudovanın yaradıcılığından və Azərbaycanda müasir incəsənətin inkişafında göstərdiyi xidmətlərindən bəhs olunur. Rəssam Londondakı Central Saint Martins Kollecində incəsənət ixtisası üzrə təhsil alıb. Hazırda o öz vaxtını Bakı və London arasında bölüşdürür, işləri beynəlxalq sərgilərdə nümayiş etdirilir. O, rəngkarlıqdan tutmuş video-instalyasiyaya kimi müxtəlif üsullardan istifadə edir.

Aida Mahmudova Azərbaycanın müasir incəsənətinə milli və beynəlxalq səviyyədə dəstək göstərmək məqsədilə 2011-ci ildə "Yarat" təşkilatının əsasını qoyub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler