» » Prezident icra başçısı ilə bağlı sərəncam verdi - “Vətənə xidmətə görə”

Prezident icra başçısı ilə bağlı sərəncam verdi - “Vətənə xidmətə görə”

Bölmə: BLOK XƏBƏR, MANŞET, GÜNDƏM
Prezident icra başçısı ilə bağlı sərəncam verdi - “Vətənə xidmətə görə”

Prezident İlham Əliyev Qubanın icra başçısı ilə bağlı sərəncam verib.

"Xalqİnfo" xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Yaşar Qəhrəman oğlu Məmmədov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, o, prezidentin 2015-ci il tarixli Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Dövlət başçısının 1995-ci il və 2006-cı il tarixli sərəncamları ilə 2 dəfə "İgidliyə görə" medalı ilə təltif olunub. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, bir övladı var.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Prezident icra başçısı ilə bağlı sərəncam verdi - “Vətənə xidmətə görə”

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler