» » 16 yaşlı qız ölümdən son anda xilas olub.

16 yaşlı qız ölümdən son anda xilas olub.

Bölmə: BLOK XƏBƏR
16 yaşlı qız ölümdən son anda xilas olub.

Zaqatalada 16 yaşlı qız sirkə turşusundan zəhərlənib. Xalqinfo.az-in məlumatına görə, rayonun Əliabad qəsəbə sakini, 1998-ci il təvəllüdlü Sevinc Musayeva zəhərlənmə diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxananın qəbul şöbəsinə daxil olub. Həkim araşdırmasından sonra məlum olub ki, Sevinc Musayeva bilməyərək sirkə turşusu qəbul edib. Müvafiq ilkin tibbi yardım göstərildikdən sonra o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Həkim Nadir Hünərvəri xəstənin vəziyyəti barədə məlumat verib.

"1998-ci il təvəllüdlü Sevinc Musayeva xəstəxanamıza sirkə turşusu zəhərlənməsi ilə daxil olub. Xəstəyə hərtərəfli yardım olunub. Yardım sayəsində xəstənin vəziyyəti stabilləşib. Vacib şikayətləri yoxdur".

Hazırda vəziyyəti stabil hesab edilir, müalicəsi davam etdirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler