» » Bakıda polisi döydülər

Bakıda polisi döydülər

Bölmə: BLOK XƏBƏR, MANŞET
Bakıda polisi döydülər
Bakı şəhərinin mərkəzi hissələrindən olan Xəqani küçəsində polislə vətəndaş arasında insident olub. Lent.az-ın məlumatına görə, Xəqani küçəsi 14/16 ünvanının qarşısında uca səslə danışan 1989-cu il təvəllüdlü Xəqani Dəmirova yaxınlaşan polis serjantı, 35 yaşlı Faiq İbrahimov onu intizama dəvət edib. Lakin X.Dəmirov polisin tələbinə məhəl qoymayıb və üstündəki bıçağı çıxararaq onu hədələyib. Bu zaman tərəflər əlbəyaxa olublar və 25 yaşlı oğlan polis əməkdaşına yumruqla zərbələr endirib. Zərbə nəticəsində F.İbrahimovun burnu qırılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler