» » Başçının villa açıqlaması-"Almışam, yaxşı eləmişəm"-Açıqlama

Başçının villa açıqlaması-"Almışam, yaxşı eləmişəm"-Açıqlama

Bölmə: BLOK XƏBƏR, MANŞET
Başçının villa açıqlaması-"Almışam, yaxşı eləmişəm"-Açıqlama
İH başçısı: "Qələt edirlər"; "A kişi, gedin öz işinizlə məşğul olun"; "Almışam, yaxşı eləmişəm, bunun kimə nə dəxli var"...
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərovun “Azad Azərbaycan” Teleradio Şirkətinin (ATV) sabiq prezidenti Tağı İbrahimovun Novxanıda yerləşən 4.5 milyonluq villasını alması mətbuatın gündəmindən düşmür.

Teleqraf.com Bayram Səfərova yenidən müraciət edərək yayılan məlumatlara münasibətini öyrənib.

- Bayram müəllim, ATV-nin keçmiş prezidentinə məxsus olmuş qiyməti milyon dollarlarla ölçülən villanı almağınız mətbuatın gündəmindən düşmür. (Fikrimi tamamlamağa imkan vermir)

- Nə yazırlar?

- Yazırlar ki, Bayram Səfərovda bu qədər pul hardandır?

- Qələt edirlər. Bu, mənim şəxsi işimdir.

- Axı siz Şuşa İcra Hakimiyyətinin, Qarabağın Azərbaycan icmasının başçısısız?

- Nə olsun? Mən villa ala bilmərəm? Almışam, yaxşı eləmişəm, bunun kimə nə dəxli var.

- Maaşınız buna imkan verir?..

- A kişi, gedin öz işinizlə məşğul olun.

- Bizim işimiz elə belə məqamlarda sizə sual ünvanlamaqdır.

- Mənim şəxsi işimə qarışa bilməzsiz.

- Dövlət büdcəsindən maaş alan məmurun villa alması şəxsi işdir?

- Bəli, şəxsi işdir, mən icra başçısı olmaqla bərabər, sizin kimi insanam.

- Axı mənim nəinki villa, ev almağa belə imkanım yoxdur.

- İşləsəniz olar, sağ olun.

Şərh Yaz
ŞƏRH(1)

FUAD SALAHOV 26 iyul 2014 23:31
BAYRAM SƏFƏROVUN BAŞCI İŞDEMEDİYİ DÖVÜRDE DE PULU OLUB ALA DA BİLER VİLLA.BURDA TEECÜBLÜ NE VAR AXI??ESAS ODUR Kİ QACQIN RAYONUN BAŞCISIDIR VE ONUN BELE XIRDA YEYİNTİLERE EHTİYACI YOX.BAKI RAYONLARI VE YA AZƏRBAYCANIN BAŞQA RAYONLARI KİMİ BÜDCEDEN O QƏDƏR YEYİNTİ YOXDUR.SADECE YAZANDA BİR DÜŞÜNÜN DE??
Çit          1

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler