Az bal toplayanlar hansı ixtisasları seçə bilər? TQDKBölmə: BLOK XƏBƏR
![]() Tələbə Qəbulu üzrə Dövlət Komissiyası rəsmi Facebook səhifəsində abituriyentlərin suallarını cavablandırıb. Xalqinfo.az müsabiqə şərtlərini təqdim edir: I qrup üzrə ixtisas seçimində ümumi balı 150-dən, ixtiyari bir imtahan fənni istisna olmaqla qalan hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Aşağıda göstərilmiş ixtisasların həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla ayrılmış yerlərinin ixtisas seçimində ümumi balı 150-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər: - Aqromühəndislik; - Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi. II qrup üzrə ixtisas seçimində ümumi balı 150-dən, ixtiyari bir imtahan fənni istisna olmaqla qalan hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. III qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, ixtiyari bir imtahan fənni istisna olmaqla qalan hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər (Azərbaycan Dillər Universitetinin "Tərcümə (dillər üzrə)" ixtisasının müsabiqəsində xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər iştirak edə bilərlər). Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur (Azərbaycan Dillər Universitetinin "Tərcümə (dillər üzrə)" ixtisası üzrə xarici dil fənni istisna olmaqla). Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər (Azərbaycan Dillər Universitetinin "Tərcümə (dillər üzrə)" ixtisasının müsabiqəsində xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər iştirak edə bilərlər). IV qrup üzrə ixtisas seçimində ümumi balı 150-dən, ixtiyari bir imtahan fənni istisna olmaqla qalan hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Azərbaycan Dövlət Aqrar Universitetinin IV qrupa daxil olan ixtisaslarını seçmək üçün abituriyentin ümumi balı 150-dən az olmamalıdır (fənnlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur). Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Aşağıda göstərilmiş ixtisasların həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla ayrılış yerlərinin ixtisas seçimində ümumi balı 150-dən az olmayan abituriyentlər iştirak edə bilərlər (fənnlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur): - Torpaqşünaslıq və aqrokimya; - Aqronomluq; - Zootexniklik; - Balıqçılıq və balıqçılıq təsərrüfatı işi; - Meşəçilik; - Baytarlıq; - Ekologiya; - Su bioehtiyatları və akvabitkilər; - Əczaçılıq (yalnız Azərbaycan Dövlət Aqrar Universiteti üzrə). Qeyd: Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin ixtisas seçiminə ümumi balı 100-dən az olmayan abituriyentlər buraxılırlar. |
XƏBƏR LENTİ
10.12.19 16:04 | “Disney” yeni filmi barədə xəbərdarlıq etdi
10.12.19 16:00 | Sabah hava necə olacaq?
10.12.19 15:56 | 165 min pul, 4 mənzil və ticarət obyekti ələ keçirdi
10.12.19 15:16 | Bu şəxslərə verilən Prezident təqaüdü də elektronlaşdırıldı
10.12.19 14:40 | Nazirdən qərar - Artıq lisenziya tələb olunacaq
10.12.19 14:33 | Kəmaləddin Heydərov 51 yaşlı generalı vəzifəsindən çıxardı
10.12.19 13:32 | Çingiz Mustafayevin radiosunu Mirşahin almaq istəyir
10.12.19 12:44 | Üç qurum “anlaşdı”
10.12.19 12:39 | Azərbaycanlı rejissorun filmi Rusiyada “ən yaxşı” oldu
10.12.19 12:28 | ““İşğal altında Şuşa” və “İşğal altında Ağdam” adlı ilk milli oyunlarımız yaradılıb”
10.12.19 12:04 | Uşaqları döyən ata və ögey anasına cinayət işi açıldı
10.12.19 11:45 | Yalçın Əfəndiyev vəfat etdi
10.12.19 11:27 | Tramp haqqında qalmaqallı dosyenin müəllifi qızının dostu çıxdı
10.12.19 11:25 | Nazir müavini Bakıda dəhşətli yanğın baş verən ərazidə
10.12.19 11:19 | “EuroHome”in sahibi bu şəxsdir
10.12.19 11:15 | Nəsimidə anım gününə həsr olunmuş tədbir
10.12.19 11:12 | Göyərtəsində 38 nəfərin olduğu təyyarə radarlardan itdi
10.12.19 10:45 | Tramp bu gün Lavrovu qəbul edəcək
10.12.19 10:33 | FHN helikopterdən çəkilən görüntüləri yaydı - Video
10.12.19 10:22 | Yanğın baş verən ərazidə yol tamamilə bağlandı
10.12.19 10:13 | Vəfa Zeynalovanın qardaşı vəfat etdi
|