» » Dilqəmin Yeni Kəlbəcər videosu-

Dilqəmin Yeni Kəlbəcər videosu- VİDEO

Bölmə: BLOK XƏBƏR
 Dilqəmin Yeni Kəlbəcər videosu-
Ermənilərin Kəlbəcər rayonunda girov götürdükləri Dilqəm Əsgərov və Şahbaz Quliyevin yeni videosu yayılıb. ANS PRESS-in məlumatına görə, kadrların 2009-cu ildə Kəlbəcərin Şaplar kəndində çəkildiyi bildirilir.

Kəlbəcər videosu "YouTube" video portalında yerləşdirilib.
Videoda çıxış edən Dilqəm Əsgərov Kəlbəcər rayonunun Şaplar kəndinin onlar üçün ikinci Mədinə, Məkkə olduğunu deyib.
O, qeyd edib ki, iki ildir dalbadal 16 gün ac-susuz öz müqəddəs yurdumu ziyarət edirəm.

Daha sonra kəlbəcərlilər hündürlükdən viran qalmış kəndlərini izləyiblər.

Qeyd edək ki, D.Əsgərov, Ş.Quliyev və H.Həsənov ermənilər tərəfindən Kəlbəcərdə girov götürülüb.
Ermənilər H.Həsənovun öldürüldüyünü deyirlər. Yaxınlarının məzarını ziyarət etməyə gedən və düşmənə girov düşən azərbaycanlılar haqqında cinayət işi açıldığı iddia edilir.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler