» » Suriyada azərbaycanlı uşağın silahlı videosu yayıldı-

Suriyada azərbaycanlı uşağın silahlı videosu yayıldı- Video

Bölmə: BLOK XƏBƏR
Suriyada azərbaycanlı uşağın silahlı videosu yayıldı-
Suriyada azərbaycanlı uşağın video görüntüsü yayılıb. Həmin görüntüdə azərbaycanlı kimi təqdim edilən azyaşlı uşaq dini mahnı oxuyur.

Azyaşlının oxuduğu mahnı cihadla bağlıdır. Görüntüdə həmçinin azyaşlının əlində avtomat silah tutduğu və mahnını oxuyub başa çatdırdıqdan sonra “Təkbir” deyərək “Allahu Əkbər” söylədiyi görünür.

Bu gün Suriyada Azərbaycandan olan xeyli sayda azyaşlı var. Onlar Suriyada döyüşlərə qatılan azərbaycanlıların övladlarıdır. Video görüntüsü yayılan uşaq isə Suriyada vuruşan azərbaycanlıların əmiri “Muhammed” ləqəbli döyüşçünün övladıdır.

Həmin uşaq azərbaycanlı döyüşçülərin əhatəsində əvvəllər də görüntülənib.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler