» » Millət vəkili Əhliman Əmiraslanov haqqında xoşa gəlməz məktub

Millət vəkili Əhliman Əmiraslanov haqqında xoşa gəlməz məktub

Bölmə: BLOK XƏBƏR, MANŞET
Millət vəkili Əhliman Əmiraslanov haqqında xoşa gəlməz məktub
Tibb Universitetinin rektoru rəhbərlik etdiyi ali məktəbdə monopoliya yaradıb; “Onun rəhbərlik etdiyi Onkoloji Klinikada xəstələrin dərisini soyurlar”


Redaksiyamıza Azərbaycan Tibb Universitetinin rektoru, deputat Əhliman Əmiraslanov haqda məktub daxil olub. Məktubu olduğu kimi dərc edirik:

“Böyük alimlər həmişə vəzifəni elmə qurban veriblər. Bu alimlərin bioqrafiyasına diqqət etdikdə görürük ki, onların heç biri nə siyasətlə məşğul olub, nə də dövlətdə vəzifə tutublar.


Bəs bizdə necədir? Bizim üzdə olan alimlərimizin əksəriyyəti bir neçə vəzifə tutur, həm də siyasətlə məşğul olurlar. Hansı vəzifəni versələr yaşından asılı olmayaraq dərhal qəbul edirlər. Bunlardan biri də akademik Əhliman Əmiraslanovdur.

Əhliman Əmiraslanov millət vəkili, Azərbaycan Tibb Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, AMEA-nın biologiya elmləri bölməsinin akademik-katibi, Azərbaycan Tibb Universiteti onkologiya kafedrasının müdiri, Azərbaycan Tibb Universitetinin onkoloji klinikasının ditrektorudur. O, həm də ATU-nun Tədris-Cərrahiyyə Klinikasına rəhbərlik edir. 1992-ci ildə Əbülfəz Elçibəyin Azərbaycan Tibb Universitetinə təyin etdiyi Əhliman Əmiraslanov indi də həmin universitetin rektorudur.

Başqa sözlə, Əhliman Əmiraslanov 22 ildir bu ali tibb ocağına rəhbərlik edir. Onun rəhbərliyi dövründə ali məktəb inkişaf etmək əvəzinə geriləyib. Bu ali məktəbin dünya tibb ali məktəblərinin reytinq cədvəlində adı yoxdur. Çünki tədris sovet tibb təhsilinin şinelindən hələ də çıxa bilməyib. Bu ali məktəbdə 20-30, hətta 40 il bundan öncə kafedra müdiri vəzifəsini tutanlar elə indi də yerlərindədirlər. Başqa sözlə, universitet yenilənmir. Belə çıxır ki, həmin kafedralarda kadr hazırlığı işləri aparılmır. Tam perspektivsizliyə düçar olmuş gənc və orta yaşlı alimlər ölkəni tərk edirlər. Universiteti regionçuluq başına götürüb. Diqqət edin, Əhliman Əmiraslanov indiyə qədər universitetin onkologiya kafedrasında müdir vəzifəsini tuta biləcək kadr yetişdirə bilməyib. Sual olunur, bu qədər vəzifələri tutan belə bir Azərbaycan alimi necə vaxt tapıb həm də kafedraya rəhbərlik edir?

Onun rəhbərlik etdiyi Onkoloji Klinikada vətəndaşların dərisini soymaqla yanaşı onlarda xəstəliklərinin müalicə olunmasına ümidsizlik yaradırlar. İnsanlar həftələrlə USM-dən keçmək üçün növbələrə dururlar. Əsəb gərginliyi, həkim etinasızlığı bu klinikanı başına götürüb. Ölkənin üzdə olan həkimlərindən biri olan Əhliman Əmiraslanov nədən başqa klinikaların USM-nə inanmır? Əməliyyatdan sonra xəstələrə müəyyənləşdirilmiş məbləğ xanım assistent və həkimlər tərəfindən alınır. Dəhşət burasıdır ki, verilən məbləğin müqabilində vətəndaşlara qəbz verilmir. Bütün bunların başında duran baş həkim Nəsimi Qasımovdur. O, şübhəsiz ki, direktorun tapşırığını yerinə yetirir. Bu klinikanın bayırda yerləşən ayaqyolusu dəmiryol vağzalının ayaqyolusuna bənzəyir. Orada da çox vaxt USM-də olduğu kimi növbə yaranır.

Azərbaycan vətəndaşlarının əlacsız qalmalarından istifadə edənlər onlara əzab verirlər. Alternativ olmadığı üçün hamı Əmiraslanovun klinikası deyib, durub.

Əhliman Əmiraslanovun üçüncü böyük gəlir yeri ATU-nun Tədris-Cərrahiyyə Klinikasıdır. Ölkə başçısı İlham Əliyevin bu yaxınlarda açılışını etdiyi bu klinika vətəndaşları xeyli sevindirmişdi. Ancaq bu belə olmada. Bura daxil olan xəstəyə dərhal kassanı göstərirlər. Qiymətlər isə od tutub yanır.

İndi Əhliman Əmiraslanovun monopoliyasında olanlara diqqət edin. Azərbaycan Dövlət Tibb Universiteti, Tibb Universitetinin Onkoloji Klinikası, ATU-nun Tədris-Cərrahiyyə Klinikası, Azərbaycan Milli Elmlər Akademiyasının biologiya elmləri bölməsi və s.
Bu yaxınlarda Tibb Universitetinin bir qrup tələbəsinin müraciəti yayılmışdı. Həmin müraciətdə deyilirdi:

“Dövlətimizin pul ayıraraq tikdiyi klinikanı (Tədris-Cərrahiyyə Klinikası) rektorumuz muzeyə çevirib. Yəni həftədə bir dəfə gedib oranı gəzirik. Sadəcə, gəzirik. Təcrübə üçün Yeni Kürdəxanı qəsəbəsindəki M.Ə.Əfəndiyev adına 2 saylı şəhər klinik xəstəxanasına gedirik. Bizi universitetimizin qonşuluğunda yerləşən və müasir tələblərə cavab verən yeni klinikaya göndərmək əvəzinə, Yeni Kürdəxanı qəsəbəsində yerləşən və olduqca bərbad vəziyyətdə olan klinikaya göndərirlər. Sinif otaqlarımız acınacaqlı vəziyyətdədir. Heç bir şəraitimiz yoxdur. Gedib bir-iki saat sinifdə oturub gəlirik. Yol uzaq olduğundan çox vaxt müəllimlərimiz də dərsə gəlmir. Bu barədə bir neçə dəfə yığışıb universitetin rektoruna yazılı müraciət etmişik. Amma nə cavab almışıq, nə də ki problemin həlli istiqamətində hər hansı bir iş görülüb”".
***
Əhliman Əmiraslanov haqda redaksiyamıza başqa məlumatlar da daxil olub. Məsələn, onun Nəsimi Qasımovla başqa istiqamətlər üzrə heyrətamiz əlaqələrindən bəhs edən xəbər almışıq. Yaxın saylarda həmin xəbərin detallarını dəqiqləşdirib çap edəcəyik.

Xəbər xidməti

P.S. Yazıda qeyd olunanlarla bağlı Ə.Əmiraslanovun mövqeyini dərc etməyə hazırıq.

Şərh Yaz
ŞƏRH(3)

Musayev Surxay 1 dekabr 2015 10:12
Ehliman muellim pis hec ne etmir
O pulu aklid duzdu ozude xesteleden bahali lazim olmayan muayinelerin pulunu alirirq
Men de Tedris -terapevtik kirpusun direktoru kimji tesdieq edirem
Amma pulu alib toplayaraq Sehiyye nazirliyine ve diger 2 orqana kulli miqdarda pul veririk
Burda qeribe ne varki
Biz ki insan mualice etmirik bize onun pulu lazimdi
Çit          1

Pr.dr.Abdullayeva 8 fevral 2016 22:31
Yayda praktikada da hecne oyretmediler cerrahiyyede.vazofiks taxmagi bele ozumuz oyrendik qrupda bilenlerden.Tibb bacilari oz iwlerini bize eletdirirdiler.bebilim bint dolamaq ve s.Hec vxt birde orda praktikaya getmerem,bekarciliqdan kart oynuyurdu bezileri iqra,beziler mafiya oyunu.bu oyunlari tibb telebeleri ezber bilir.cox acinacaqlidi halimiz.Hec kimi dur demir.Bir gun men deyecem Durrrrrrr!!!!! Her bir savadli hekim,alim,muellum ferqi yoxdu kim sehiyye iwcisi bu doblete xidmet eden hekim...borcudu savadli kadr hazirlaadina yardimci etmeye.besti yeter artiq bu soyadlari olumsuzlewdirdiz...Men ne vxtsa cox taxwi hekim,professor,Alim olub sehiyyede yusek vezife tutacam ve tutanda ovladlarima 2 weyi verecem cox yuksek tehsil ferqi yoxdu ne sahede,Hevesleri haradisa o sahe uzre ve 2 ci wey heyat tecrubesi ne qeder yixilsalarda dik durmagi hec kese eyilmemeyi Allahdan bawqa tebiiki...Allah onlarin o gozel suretinin memari olacaqsa,mende onlarin biliyinin memari olacam.Her il 1 telebe goturecem ve oz sahem uzre yuksek pewekar kadr hazirliyacam....Bunu sizde etsez nolar axiiii?hami ozunu deyiwse dunya deyiwer.Sizde ovladlariniza vezife,pul hzrlamaq evezine ay menim ezizlerim tehsil ve insanligi oyredin.Ezizim Ehliman muellim savadlidi men bununla raziyam ama o savad kime gerey? Neye gerey? Bir gun o da olecey hami kimi.1 telebeni bele goturub oz bildiklerini oyredib mutexessiz hazirlaya bilmedi ,hzrlamadi.Ozunu ve elmini olumsuzlewdirmedi.Hamisi paxildi hec kime oytmey istemir,vezifesini vermek istemir.Bilmirem Allaha inanirsiz ya tebiete.Inandiginiz nedise onun namine xaiw edirem Bizim Gencliyimizin Qatili olmuyun.bizi qeddar yetiwdirmiyin.Bir gun sizin ovladlariniz,nevelerinizin heyati bizden asili olacaq.Sevdikleriniz namine bunu etmiyin.1 gunde neft duwdu,dollar qalxdi.Millet ayaq uste durdu acliqdan.Ne bilirsiz belke bel bagladiginiz xaric ve hekimlerine cata bilmediz? Qasirga oldu? Xarice gediw geliw baglandi ve o an hekim lazimdi sizin ovlsdiniza.sevdiklerinize.o vxt siz olmuyacaqsiz yada onlara komek edecek veziyyetde olmuyacaqsiniz.Bize qalacaq iw.Yetiwdirdiyiniz hekimlere........Belkede vact gelecey sizin heyatinizi biz xilas edecik ve ya sizi heyatinizi biz sondurecik? Bu sizden asilidi ezizlerim
Çit          2

Leman Eliyeva 21 avqust 2017 07:54
Salam her vaxtiniz xeyir.Men Eliyeva Leman Nesreddin qizi Goyce Mahalinda dunyaya gelmisem.Hormetli sexs ve sexsiyyetler men Ehliman Emraslanovla elaqeye ehtiyacim var.Hormetli Ehliman muellim atamin vastesiyle sizi tanimisam usaqliqdan sizinle hemsohbet arzusunda olmusam amma imkan olmayib.Cunki atam Sizin usaqliqdostunuz icaze vermeyib.Umid edirem size bu mektubum catar.Cavabniza ehtiyacimiz var.Men ag xalati sizinle sevmisem
Çit          3

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler