» » Həsən Şirinovun sürücüsünə vəzifə verildi

Həsən Şirinovun sürücüsünə vəzifə verildi

Bölmə: BLOK XƏBƏR
Həsən Şirinovun sürücüsünə vəzifə verildi
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində (BŞDYPİ) kadr dəyişikliyi olub. AzNews.az-ın məlumatına görə, idarə rəisi polis polkovniki Nuşirəvan Səfərov özünə ikinci müavin təyin edib. Belə ki, idarənin şöbə rəisi vəzifəsində çalışan Eyvaz Şahverdiyev bundan sonra müavin kimi çalışacaq. Qeyd edək ki, BŞDYP rəisinin ikinci müavini Rəşadət Babayev yol-patrul xidməti alayının komandiri təyin olunandan sonra bu vəzifə boş qalmışdı.
Nuşirəvan Səfərovun digər bir əmri ilə 3-cü tağımın komandiri Mayıl Yusifov Eyvaz Şahverdiyevin yerinə təyinat alıb. 3-cü tağıma da yeni rəhbər gətirilib. Bu vəzifəni bundan sonra 8-ci tağımın inspektoru Füzuli Əsədov icra edəcək.

Qeyd edək ki, Eyvaz Şahverdiyevin müavin statuslu yerinə təyinat alan Mayıl Yusifov Baş Yol Polis İdarəsinin müavini Həsən Şirinovun kadrı kimi tanınır. H. Şirinov BŞDYPİ-nin rəisi işlədiyi vaxtda Mayıl Yusifov onun sürücüsü olub.
Onu da bildirək ki, son günlər Həsən Şirinovun işində verdiyi ciddi nöqsanlara görə, cəzlandırılması xəbərləri yayılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler