» » Mübariz Qurbanlı yüksək vəzifəyə təyin olundu -SƏRƏNCAM

Mübariz Qurbanlı yüksək vəzifəyə təyin olundu -SƏRƏNCAM

Bölmə: BLOK XƏBƏR, MANŞET
Mübariz Qurbanlı yüksək vəzifəyə təyin olundu -SƏRƏNCAM
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sədr təyin edilib

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə Mübariz Qurbanlı təyin olunub.

Qeyd edək ki, Mübariz Qurbanlı 1954-cü il yanvarın 7-də Şəmkir rayonunun Koltəhnəli kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Tarix elmləri namizədi, dosentdir. Çoxsaylı elmi, elmi-publisistik, nəzəri, politoloji məqalələrin və bir neçə kitabın müəllifidir.
M.Qurbanlı 1978-ci ildən Şəmkir rayon Koltəhnəli kənd orta məktəbində müəllim işləyib. 1985-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, dosent, kafedra müdiri, prorektor vəzifələrində çalışıb. Hazırda həmin universitetin dosentidir.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, partiyanın icra katibinin müavinidir.
Birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2010-cu il noyabrın 7-də yenidən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür.
Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvü və komitə sədrinin müavinidir.

Evlidir, 2 övladı vardır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler