» » Prezidentə oğlundan nəvə arzulandı

Prezidentə oğlundan nəvə arzulandı

Bölmə: BLOK XƏBƏR, MANŞET
Prezidentə oğlundan nəvə arzulandı
Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə prezident İlham Əliyevə oğul nəvəsi arzulayıb. ans presss-in məlumatına görə, bu arzusunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında açdığı iftar süfrəsində deyib.

"Bu gecələr duaların qəbul edildiyi əhya gecələridir. Zati-aliləri, mən dua edirəm ki, Allah-Təala Sizə və Mehriban xanıma oğlunuzdan nəvə nəsib etsin, inşallah. Onunla bərabər olasınız, görüşəsiniz və bütün bu yorğunluqlar yaddan çıxsın.

Allah-Təaladan arzu edirəm ki, Sizin ailənizi xoşbəxt etsin. Bütün Azərbaycan xalqına xoşbəxtlik arzu edirəm. Allah-Təala xəstələrə şəfa versin, dualarımızı, ibadətlərimizi qəbul etsin, növbəti iftarı da bizə nəsib etsin, inşallah".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler