» » Azərbaycan diasporuna yeni vəzifə həvalə olunub...

Azərbaycan diasporuna yeni vəzifə həvalə olunub...

Bölmə: BLOK XƏBƏR, MANŞET, GÜNDƏM
Azərbaycan diasporuna yeni vəzifə həvalə olunub...

Bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi, ölkəyə investisiya cəlb edilməsi böhranlı iqtisadiyyatı dirçəltmək üçün əla fürsət ola bilər. Azərbaycanın diaspor təşkilatları bu fürsəti necə dəyərləndirir? Onların iqtisadiyyatdakı payları kifayət qədərdirmi?

Xalqaİnfo.az bildirir ki, Modern.az-ın sualını Milli Məclisin İqtisadiyyat komitəsinin üzvü Tahir Mirkişili cavablandırıb.

O deyib ki, bu gün Azərbaycan yenidən qurulma mərhələsindədir:

“Bu günə qədər Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün kifayət qədər böyük işlər görülüb. Bu görülən işlərdən də ən əsası xarici investisiyaların cəlb olunması, eyni zamanda ölkəyə müasir texnologiyaların gətirilməsidir.

Bu da yeni iqtisadi quruluşun formalaşmasında çox mühüm rol oynayır”.

T.Mirkişili bildirib ki, Azəraycanın diaspor təşkialtları ölkəyə daha çox investisiya cəlb olunmasında mühüm rol oynaya bilərlər:

“İqtisadi investisiyaların cəlb olunmasında həm yeni qanunlar qəbul edilib, həm də bir çox güzəştlər tətbiq edilib. Hazırda dövlətin xüsusi dəstəyi olan xüsusi zonalar təşkil olunur. Azərbaycanın investisiya cəlb edilməsində diaspor təşkilatları, xüsusilə ölkədən kənarda yaşayan azərbaycanlılar mühüm rol oynayır. Çünki onların əksəriyyəti iş adamlarıdır, xarici ölkə iqtisadiyyatlarında mühüm işlər görür, vəzifələr tuturlar, çox böyük investisiya layihələrinin müəllifləridirlər. Mən düşünürəm ki, ölkədən kənarda yaşayan, investisiya fondalarında xüsusi rolu olan azərbaycanlılar, eyni zamanda diaspor təşkilatlarının üzvləri Azərbaycana daha çox invesitisiya cəlb olunmasında rol oynaya bilərlər.

İnvesitisiyanın cəlb olunması ölkənin imici ilə çox bağlıdır. Diaspor təşkilatları Azərbaycana olan inamın artırılması, ölkənin imicinin yüksəldilməsinə çalışmaqla, həm ölkəmiz, həm də region üçün böyük gəlir əldə edilə biləcəyinə inam yaratmalıdırlar”.

Parlament üzvü hesab edir ki, artıq Azərbaycan diasporu yeni işə cəlb olunub.

“İndiyə qədər Azərbaycan diaspor təşkilatlarının qarşısında iqtisadi vəzifədən daha çox siyasi vəzifə dururdu. Diaspor təşkilatlarının fəaliyyətlərinin əsas istiqamətlərindən biri də düşmənlərin yaydığı yanlış informasiyaların qarşısını almaq və ölkə həqiqətlərini dünyaya çatdırmaq idi. Amma bununla bərabər daha bir vəzifə də əlavə olundu. Sanki Azərbaycan diasporasına üzv olan iş adamları Azərbaycana investisiya cəlb olunmasında xüsusi rol oynaya bilərlərsə, bu hər zaman alqışlana bilər. Biz həm də onlardan bu münasibəti gözləyirik”.


[Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler