» » AST Telmanın qardaşı həbs olundu - Biznesmenləri güllələtdirib+Təfərrüat

AST Telmanın qardaşı həbs olundu - Biznesmenləri güllələtdirib+Təfərrüat

Bölmə: BLOK XƏBƏR, MANŞET, GÜNDƏM
AST Telmanın qardaşı həbs olundu - Biznesmenləri güllələtdirib+Təfərrüat

Azərbaycanlı biznesmen Telman İsmayılovun qardaşı Rafiq İsmayılov Rusiyada həbs edilib.

XalqInfo” rus KİV-nə istinadən xəbər verir ki, Rafiq İsmayılov paytaxt biznesmenlərinin güllələnməsində təqsirli bilinir. Hüquq-mühafizə orqanları İsmayılovu ticarət komplekslərinin sahibi Vladimir Savkin və “ Lublino motors”un təsisçi Yuri Brilevin qətlində şübhəli hesab edir. İsmayılov və onunla əlbir olan Mehman Kərimova “iki və daha artıq şəxsin öldürülməsi” maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, hər iki qətl hadisəsi ötən il mayın 26- da baş verib.

Rafiq İsmayılov ittihamı qəbul etməsə də, istintaq killer Mehman Kərimovun qətl törədilən yerə İsmayılov tərəfindən gətirildiyini sübuta yetirib. Ehtimala görə, Vladimir Savkin Rafiq İsmayılovla arasındakı sığorta və maliyyə mübahisəsinə görə öldürülüb. “Lublino motors”un təsisçi Yuri Brilevin isə təsadüfi qurban olduğu güman edilir.

***

Hər iki iş adamının qətli ilə bağlı yeni iddialar irəli sürülür. İstintaqın versiyasına görə, qətllərə Rafiq İsmayılovun Vladimir Savkinə 5,5 milyon dollar borcu olması səbəb olub. Savkinin qohumları bildirib ki, R.İsmayılovla V.Savkin iri biznesin şəriki olublar və biznesin satışından sonra R. İsmayılov bütün pulları özünə götürüb.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler