» » İsmayıllıdakı təcavüz iddiasının TƏFƏRRÜATLARI məlum oldu

İsmayıllıdakı təcavüz iddiasının TƏFƏRRÜATLARI məlum oldu (YENİLƏNİB-5)

Bölmə: BLOK XƏBƏR
İsmayıllıdakı təcavüz iddiasının TƏFƏRRÜATLARI məlum oldu
11-ci sinfi bu il bitirən nişanlı qızın bakirəliyinin pozulduğunu, 3-4 ildir ki, müəllimlə münasibətlərinin olduğunu iddia edən sakinlər Publika.az-a bildiriblər ki, qızın bakirəliyini pozan müəllim toya yaxın onu bərpa edəcəyinə söz verib. Amma o, hamilə qaldığından çıxış yolunu evdən qaçmaqda görüb.

Sakinlərin sözlərinə görə, İsmayıllı rayon Kürtmaşı kənd orta məktəbinin direktoru vəzifəsində çalışan 56 yaşlı Zahid Namazovun “yuxarılarda” adamı var. Artıq bu məsələ bağlanıb. Faktla bağlı cinayət işi açılmayıb:

“Biz isə o əxlaqsız müəllimin kənddən çıxarılmasını tələb edirik” deyə sakinlər bildirib.

14:51

“Qaçqınkom”un İsmayıllı rayon üzrə nümayəndəsi Tahir Əliyevin Publika.az-a verdiyi məlumata görə, məsələ ilə rayon prokurorluğu və polis idarəsi məşğul olub. Yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Həmin qız və anası ilə danışmamışam, lakin polis idarəsindən mənə verilən məlumata görə, Zahid Namazovun qıza təcavüz etməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Qız izahatında yazıb ki, mən nişanlandığım şəxslə ailə qurmaq istəmirəm. "Zahid Namazov da ata kimi mənə kömək edib. Məni öz qohumunun evində qalmağa şərait yaradıb. Onunla aramızda heç bir cinsi əlaqə olmayıb”. Qızın anası müraciət edəndən sonra isə evə qaytarılıb. Qız başqa biri ilə nişanlı olub, lakin onunla ailə qurmaq istəməyib, anasının məcburiyyəti ilə nişanlanıb. Zahid müəllimin ailə ilə yaxın münasibəti olub və qıza kömək məqsədilə onu yaxının evində saxlayıb”.

T.Əliyev bildirdib ki, bu cür məlumatın yayılmasına səbəb kənd sakinlərinin Ağdam məktəbinin bağlanması istəyidir:
“Kürtmaşı kənd sakinləri Ağdam məktəbinin həmin kəndin məktəbində yerləşməsini istəmirdilər. Bu münaqişə uzun müddətdir davam edir. Direktor o qədər ağılsızdır ki, şagirdlə münasibət qursun?”

T.Əliyev onu da bildirib ki, kənd sakinləri icra hakimiyyətinə müraciət ediblər və məsələ həll edilib.

14:21

İsmayıllı rayon polis şöbəsinin rəisi Nizami Qocayev Publika.az-a belə bir hadisənin olduğunu təsdiqləyib. Rəis hadisə ilə bağlı şöbəyə müraciətin daxil olduğunu bildirsə də, ətraflı məlumat verməyib. Bildirib ki, müəllimlə bağlı araşdırma davam etdiyindən əlavə məlumat verə bilməz.

14:15

Rayon təhsil şöbəsinin müdiri Rasim Orucov Publika.az-a bildirib ki, belə bir faktla bağlı məlumatsızdır.

O bildirib ki, rayonda Kürtmaşı kəndində "Göbələk" adlanan yaşayış massivində qaçqınların orta məktəbi var və Zahid Namazov həmin məktəbin direktorudur.

Simnarə
Gülxar

13:59

İsmayıllı rayonunun Kürtmaşı kəndində məktəb direktoru azyaşlı qıza təcavüz edib. Kənd sakinlərinin qəzəbinə səbəb olan hadisənin üstü isə bir neçə gün öncə açılıb.

Bu barədə Axar.az-a kənd sakinləri məlumat verib. Onların sözlərinə görə, bir neçə gün öncə A. adlı qız evdən yoxa çıxıb. Göyçay rayon Qarayazı kəndindən bir oğlana ərə verilən qızın öz qız toyundan sonra yoxa çıxması ailənin narahatlığına səbəb olub:

“Qız toyu olmuşdu. Avqustun 2-də oğlan toyu olmalıydı. Ancaq qız birdən-birə yoxa çıxdı. Anası Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət etdi. Polis axtarışa başladı. Qız yoxa çıxandan 3 gün sonra tapıldı və məlum oldu ki, onu məktəb direktoru aparıbmış".

Sakinlərin sözlərinə görə, 56 yaşlı Zahid Namazov İsmayıllı rayon Kürtmaşı kənd orta məktəbində fəaliyyət göstərən qaçqın məktəbinə rəhbərlik edir. Kənd yaxınlığında qaçqınların məskunlaşdığı 15-20 evdən ibarət "Göbələk" adlanan yaşayış massivində yaşayır. Ağdam qaçqını olan direktorla A.-nın 3 ildən çoxdur ki, münasibət varmış:

"Məktəb direktoru hazırda 18 yaşı olan A.-ilə 13-14 yaşından bəri münasibətdə olub. Qız bildirib ki, Zahid Namazov ona atalıq edir və guya mebel almağa aparıbmış. Necə atalıqdırsa, ananın bundan xəbəri yoxdur. A.-nın öz atası rəhmətə gedib. Direktorun qızın bakirəliyini bərpa etdirmək üçün həkimə apardığını öyrənən camaat etiraza qalxıb".

Kənd sakinləri məktəb direktorunun əxlaqsızlığına göz yummaq fikrində deyil. Ötən gün - iyulun 16-da 200 nəfərə yaxın kənd sakini rayon İcra Hakimiyyətində olub və direktorun kənddən çıxarılmasını tələb ediblər:

"Zahid Namazov nəinki məktəb direktoru işləyə bilməz, ümumiyyətlə kənddə qala bilməz. Ancaq İcra Hakimiyyətində məsələyə soyuqqanlı yanaşıblar. Kənd ağsaqqallarına deyiblər ki, sakitliyi qorusunlar, yaxınlarda tədbir görəcəyik. Ancaq biz gözləmək niyyətində deyilik, bu əxlaqsızlığın cavabı dərhal verilməlidir".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler