» » Vitse-admiral Bakı Hərbi Məhkəməsinə aparıldı

Vitse-admiral Bakı Hərbi Məhkəməsinə aparıldı

Bölmə: BLOK XƏBƏR
Vitse-admiral Bakı Hərbi Məhkəməsinə aparıldı
İyulun 17-də müdafiə nazirinin sabiq müavini, Hərbi Dəniz Qüvvələrinin (HDQ) keçmiş komandanı, vitse-admiral Şahin Sultanov saxlanıldığı Bakı İstintaq Təcridxanasından Bakı Hərbi Məhkəməsinə gətirilib.

Bu haqda musavat.com-a məlumat verən vitse-admiralın vəkili Adəm Məmmədov müvəkkili haqda 3 aylıq həbs-qətimkan tədbirinin uzadılması barədə Hərbi Prokurorluğun təqdimatının olduğunu bildirib.

Vəkil prosesin hələ başlanmadığını da söyləyib.

Xatırladaq ki, bu il aprelin 23-də Bakı Hərbi Məhkəməsində Ş.Sultanov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Vitse-admirala Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan olunub.
axar.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler