» » İnna Şamaxıya gəlir

İnna Şamaxıya gəlir

Bölmə: BLOK XƏBƏR
İnna Şamaxıya gəlir
Məşhur müğənni İnna Azərbaycanın qonağı olacaq.

фты зкуыы-in məlumatına görə, dünyaca tanınmış rumıniyalı müğənni İnna Azərbaycanda konsert proqramı ilə çıxış edəcək. Müğənninin çıxışı iyulun 28-də Şamaxıda yerləşən dəbdəbəli otellərdən birində baş tutacaq.

Bu haqda ANS PRESS-ə “High Life Fashion & Model Academy”nin direktoru Aqil Məmiyev məlumat verib. Onun sözlərinə görə, “Miss Eurovision of Azerbaijan” gözəllik müsabiqəsinin final gecəsi də 27-29 iyul tarixlərində keçiriləcək. Müsabiqənin münsif heyətində ölkənin ən populyar müğənni və sənət adamları yer alacaq və eləcə də konsert çıxışları olacaq. Üç gün davam edən konsert və əyləncə günlərində yerli ulduzlardan "Dostlar" qrupu, Aysel Əlizadə və Sofiya Şah da səhnə İnna ilə bölüşəcək.

Qeyd edək ki, 27 yaşlı müğənni səhnəyə ilk dəfə “Hot” adlı albomu ilə çıxıb. İnna həmin albomu ilə Rumıniya, Moldova, Bolqarıstan, Polşa, İspaniya, Rusiya, Macarıstan və Yunanıstanın musiqi siyahılarında uzun müddət birinci sırada yer alıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler