» » Yeni rəislər təyin olundu

Yeni rəislər təyin olundu

Bölmə: BLOK XƏBƏR
Yeni rəislər təyin olundu
Azərbaycanda 46 nəfər ədliyyə orqanlarına qulluğa qəbul olunub.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, iyulun 16-da 46 nəfər vətəndaş Ədliyyə orqanlarında qulluğa qəbul olunaraq Penitensiar xidmətdə kiçik rəis heyətində vəzifələrə təyin olunublar.

Onlardan 33 nəfəri yeni fəaliyyətə başlamış Şəki Penitensiar müəssisəsinə, 13 nəfəri isə digər cəzaçəkmə müəssisələrinə və Mühafizə Alayına təyinat alıblar.

Tədbirdə iştirak edən ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyev gənc əməkdaşları Azərbaycan Respublikasının Ədliyyə Naziri I dərəcəli dövlət ədliyyə müşaviri cənab Fikrət Məmmədovun adından xidmətə qəbul olunmaları münasibətilə təbrik edib, onlara seçdikləri şərəfli işdə uğurlar arzulayıb.

Daha sonra gənc əməkdaşlar Penitensiar xidmətin tarix muzeyinə baxış keçiriblər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler