» » Vasif Talıbov Naxçıvana "85" qadağası qoydu

Vasif Talıbov Naxçıvana "85" qadağası qoydu

Bölmə: BLOK XƏBƏR
Vasif Talıbov Naxçıvana "85" qadağası qoydu
Vasif Talıbovun göstərişi ilə əhalidən yığılan köhnə maşınlar NAZ-da əridilərək istifadə olunacaq; Naxçıvanda yeni marka avtomobil buraxılacaq.

Naxçıvanda buraxılış ili köhnə olan avtomobillərə qadağa qoyulub. Bu barədə göstəriş Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovdan gəlib. Naxçıvan sakinlərindən verilən məlumatda deyilir ki, əvvəllər də Vasif Talıbovun belə bir qərarı olub. Taksi kimi fəaliyyət göstərən Rusiya istehsalı olan maşınlar və motosikletlər yığılıb. Sürücülərə kreditlə hissələri Çindən gətirilərək Naxçıvanda yığılan “Lifan” markalı avtomobillər satılıb.

Hər köhnə maşın gətirən 160 manat alır

Yerli sakinlərin bildirdiyinə görə, əhalidən yalnız ili 1985-ci ilə kimi olan maşınlar yığılır. Naxçıvan şəhərindəki avtomobil zavodunun həyətinə bir xeyli ili köhnə maşın gətirilib. Onların sözlərinə görə, NAZ-da köhnə maşınları qəbul edərkən sənədlərinə mütləq baxılır. Buraxılış ili 85-ci ilə kimidirsə 160 manat verilərək qəbul olunur. Məlumatda qeyd olunur ki, artıq Naxçıvanda bir neçə alverçi kənd-kənd gəzərək ili köhnə avtomobilləri əhalidən yığaraq zavoda satır. Bəziləri isə köhnə avtomobilin müqabilində kəndlilərə eşşək verir. Üstəlik, işlək vəziyyətdə olan maşınların şəhərə çıxmasına da qadağa qoyulub. Naxçıvan polisinə tapşırılıb ki, köhnə maşınları harada görsəniz saxlayıb, cərimə meydançasına aparın.

Vasif Talıbov zavodunu genişləndirir

Naxçıvan Ali Məclisinin sədrinin bu addımı atmasına səbəb isə NAZ-ın Çinin “Lifan” avtomobil zavodu ilə əməkdaşlığı dayandırmasıdır. Eyni zamanda Naxçıvandakı zavodda “Lifan” markalı avtomobillərin də buraxılışı dayandırılacaq. Zavod genişləndirildikdən sonra Naxçıvanda yeni marka avtomobillər istehsal olunacaq. Bunun üçün zavodun ərazisi 40 hektar daha artırılıb. Yeni ərazidə tikinti işlərinə başlanılıb. Eyni zamandan məşhur İtaliya avtomobil şirkəti olan “Fiat”ın dizaynerlərindən bir neçəsi NAZ-a dəvət olunub.


Məlumatda deyilir ki, NAZ-da “London taksiləri” də istehsal olunacaq. Bunun üçün İngiltərənin “TX4" avtomobil şirkəti ilə müqavilə bağlanacaq. İstehsal olunan avtomobillər həm Naxçıvan, həm Bakı, həm də digər rayonlara satılacaq.


Məlumat üçün qeyd edək ki, NAZ 2006-cı ildə Gəncə avtomobil zavodunda istehsal olunan nəqliyyat vasitələrinin satışını təşkil etmək məqsədilə Naxçıvan şəhərində nümayəndəlik yaratmaqla fəaliyyət başlayıb. 2008-ci ildə zavod üçün yeni bina tikilərək istifadəyə verilib.


2009-cu ildə Pekində keçirilən Çin-Azərbaycan biznes-forumu çərçivəsində Naxçıvan Avtomobil Zavodu və Çinin “CHONGQING LIFAN INDUSTRY (GROUP) IMP. & EXP. CO., LTD.” Avtomobil Korporasiyası arasında əməkdaşlıq sazişi imzalanıb. Sazişə əsasən, Naxçıvanda “Lifan” markalı minik avtomobillərinin yığımı təşkil olunub.


Hazırda Zavodda Almaniya, Belçika və İtaliyada hazırlanan son model avadanlıqlardan istifadə olunur. Zavodun ümumi sahəsi 2.6 ha təşkil edir. Bura 2472m2 sahəsində istehsal sexi, 720m2 sahəsində anbar, 2538m2 sahəsində dayanacaq meydanı, 500m2 əhatə edən sınaq meydançası və 450m2 sahəsində sərgi salonu daxildir. Zavod ildə 5000 ədəd avtomobil istehsal etmək gücünə malikdir. Zavodda 100 nəfər yerli işçi çalışır. İstehsal çinli mütəxəssislərin nəzarəti altında həyata keçirilir.

Musavat.com
- See more at: http://axar.az/news/23882#sthash.0Fxil5UL.dpuf

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler