» » AST Telman hansı “Hafka” -ya borc vermədi

AST Telman hansı “Hafka” -ya borc vermədi

Bölmə: BLOK XƏBƏR
AST Telman hansı  “Hafka” -ya borc vermədi
“Hafka” ləqəbi ilə tanınan məşhur iş adamı Hafiz Məmmədov AST Şirkətlər Qrupunun rəhbəri Telman İsmayılovdan külli miqdarda borc istəyib.

Bu barədə axar.az-a etibarlı mənbədən məlumat daxil olub. Məlumata görə, Hafkanın istədiyi borcun məbləği 100 milyon dollar olub. Bu borcun müqabilində isə Hafiz Məmmədov AST Telmana sahibi olduğu "Bahar Enerji Əməliyyat Şirkəti”ni və “Bakı” klubunun bazasını təklif edib.

Onların görüşü Fransada, daha dəqiqi, Nitsada baş tutub. Nitsada Telman İsmayılovun evi var və hər yay orada dincəlir. Onlar da məhz həmin evdə görüşüblər, amma razılığa gəlməyiblər. Telman İsmayılov “Bahar Enerji Əməliyyat Şirkəti”ni almaqdan ümumiyyətlə vaz keçib. “Bakı”nın bazasının isə onu maraqlandırmadığını bildirib.

Hafkaya o da deyilib ki, İsmayılov Azərbaycanda biznes qurmağa tələsmir. Məmmədovun, daha doğrusu, onun sahibi olduğu “Baglan Qrup”un digər şirkətləri də İsmayılovun biznes maraqlarına uyğun gəlməyib.
- See more at: http://axar.az/news/23750#sthash.7NrVMeCr.dpuf

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler