Yeni rəislər təyin olundu- ƏmrBölmə: BLOK XƏBƏR
Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə kadr dəyişiklikləri olub. Xalqinfo.az xəbər verir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi Mədət Quliyevin mətbuat məsələləri üzrə köməkçisi Yaşar İsakovun APA-ya verdiyi məlumata görə, ədliyyə naziri, I dərəcəli ədliyyə müşaviri Fikrət Məmmədovun əmri ilə bir neçə təyinat olub. Ədliyyə polkovnik-leytenantı Məmmədov Rauf Nəsrulla oğlu 12 saylı Cəzaçəkmə Müəssisəsinə, ədliyyə polkovnik-leytenantı Şirinov Vəli Güləli oğlu 15 saylı Cəzaçəkmə Müəssisəsinə, ədliyyə mayoru İsmayılov Elnur Nazim oğlu 3 saylı İstintaq Təcridxanasına rəis vəzifəsinə təyin olunublar. Nazirin əmri ilə həmçinin ədliyyə mayoru Əliyev Cəlil Misir oğlu 17 saylı Cəzaçəkmə Müəssisənə, ədliyyə polkovnik-leytenantı Aslanov Qaçay Əvəz oğlu 12 saylı Cəzaçəkmə Müəssisənə rəis müavinləri təyin olunublar. Ədliyyə mayoru Novruzov Vüqar Əlihüseyn oğlu isə Şəki Penitensiar Müəssisəsinə mühafizə taborunun komandiri təyin olunub. |
XƏBƏR LENTİ
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|