» » Birinci xanım “Euronews”da-

Birinci xanım “Euronews”da- VİDEO

Bölmə: BLOK XƏBƏR
Birinci xanım “Euronews”da-
Mərkəzi Fransada olan dünyanın ən nüfuzlu xəbər kanallarından olan “Euronews”in efirində Azərbaycanın birinci xanımı, Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyevanın kadrları yayımlanıb.

ans press-in xəbərinə görə, kanalın "no comment" (şərhsiz) buraxılışında vaxtaşırı nümayiş olunan kadrlarda xanım Mehriban Əliyevanın Fransanın Kann şəhərində keçirilən “Bakı-Avropa Oyunları - 2015” in təntənəli təqdimatı mərasimində iştirakı əks olunur.

Səfəri çərçivəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Kann şəhərinin meri Devid Lisnardla görüşü də baş tutub.

Qeyd edək ki, tədbirdə Azərbaycanın birinci xanımı, birinci Avropa oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva çıxış edib.

Sonra “Bakı-2015 Avropa oyunlarının” təqdimatına həsr edilən ziyafət olub. Azərbaycan incəsənət ustaları mərasimdə konsert proqramı ilə çıxış ediblər.

Daha sonra isə Kann şəhərinin məşhur Kruazett bulvarında atəşfəşanlıq olub və Azərbaycanın dövlət himni səslənib.

Atəşfəşanlıq Azərbaycan bəstəkarlarının musiqisi ilə müşayiət olunub.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler